“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycan elektrik sayğaclarını hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Tarix 18.09.25, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk yeddi ayı ərzində Azərbaycana idxal edilən elektrik enerjisi sayğaclarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkəyə 193 min 716 ədəd sayğac gətirilmişdisə, bu ilin müvafiq dövründə bu göstərici 112 min 235 ədədə kimi azalıb.
İdxal olunan sayğacların ümumi dəyəri  isə ötənilki 6 milyon 113,74 min dollardan 4 milyon 993,87 min dollara enib.
Elektrik sayğacları ən çox Çindən gətirilir. 2024-cü ilin ilk 7 ayında Çindən 92 min 482 ədəd, bu ilin ilk 7 ayında isə 60 min 604 ədəd sayğac idxal edilib. İkinci pillədə yer alan Türkiyədən isə ötən ilin ilk 7 ayında 101 min 130 ədəd sayğac gətirilmişdisə, bu ilin ilk 7 ayında 51 min 383 ədəd  idxal edilib.
Bunlardan başqa, bu il Ruisyadan 212 ədəd sayğac alınıb. Ötən ilin eyni dövründə isə bu ölkədən ümumiyyətlə sayğac idxal olunmayıb.
Bu ilin ilk 7 ayında Azərbaycan elektrik sayğaclarını aşağıdakı ölkələrdən idxal edib:
Çin – 60 604 ədəd (bir ədədin orta gömrük dəyəri 65 dollar);
Türkiyə – 51 383 ədəd (19 dollar);
Rusiya – 212 ədəd (147,9 dollar);
Almaniya – 13 ədəd (2844 dollar);
Niderland – 13 ədəd (122 dollar);
Böyük Britaniya – 6 ədəd (283,3 dollar);
Fransa – 4 ədəd (97,5 dollar);



Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap