Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“İsraili məhv edəcəyik“ - Xamanei hədələdi

Tarix 04.10.24, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


"Allah qoysa, İsraili məhv edəcəyik".

"AzPolitika" xəbər verir ki, bunu İranını Ali dini lideri Ayətullah Əli Xamenei bu gün Tehranda keçirilən cümə namazından sonra çıxış edərkən deyib.

Xamenei İranın İsrailin istənilən hərəkətinə tam qətiyyətlə cavab verəcəyini bəyan edib.

"İsrail Amerikanın regionun bütün torpaqlarını və resurslarını ələ keçirməsi üçün sadəcə bir vasitədir. Sionist rejim hətta Amerikanın dəstəyi ilə də sağ qalmayacaq. Sionist rejim heç vaxt Həmas və Hizbullah üzərində qalib gəlməyəcək. İsrailə vurulan hər bir zərbə bütün bəşəriyyətə xidmətdir",- deyə o, bildirib.

Ali rəhbər “Hizbullah”-a və HƏMAS üzvlərinə müraciət edərək onları mübarizəni davam etdirməyə və ümidsizliyə qapılmamağa çağırıb.

“Region ölkələri sülh və əmin-amanlıq üçün çalışırlar, yeganə problem xarici müdaxilədir. Fələstinlilərin və livanlıların cihadı sionist varlığı 70 il geriyə apardı. ABŞ-nin köməyi ilə sionist varlıq bir neçə min mücahidin hücumu ilə darmadağın edildi”, - Xamenei bildirib.

Dini rəhbər əlavə edib ki, “Əl-Əqsa tufanı” (2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən İsrailə hücumu nəzərdə tutulur və bu zaman 1200-ə yaxın israilli həlak olub) mübarizənin avanqardı şəhid Həsən Nəsrullahın bütün bölgəyə xidmət edən ədalətli mübarizəsi idi.

“HƏMAS” və “Hizbullah” liderlərinin öldürülməsinə İsrailin reaksiyasını nəzərdə tutan Xamenei onları “tələsməməyə və vəziyyəti diqqətlə öyrənməyə” çağırıb. Onun sözlərinə görə, çərşənbə axşamı İsrailə raket hücumu sionistlər üçün ən minimal cəza idi.

“Biz istənilən təcavüzə sərt cavab verəcəyik", - qeyd edib.

Xatırladaq ki, İranın ali dini lideri Əli Xamnei son 5 ildə ilk dəfə Tehranda xütbə oxuyub.



Xəbərin oxunma sayı : 1867




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap