“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“İstədiyimiz formada deyilik“ - Qurban Qurbanov

Tarix 31.01.23, 23:48

Font ölçüsü : - / +
bitmap-img6


Misli Premyer Liqasının 20-ci turunda bu gün keçirilən “Qarabağ” - “Şamaxı” (3:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

- Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal qazandıq. Bu gün istədiyimiz idman formasında deyilik. İstərdim ki, topla daha düzgün, tez rəftar etsinlər. Təşkilatlanmış komandaya qarşı oynayırdıq. Komandam diqqətli oynadı. Yalnız qapımızda qol gördüyümüz epizodda diqqətsizlik oldu. “Şamaxı”ya uğur arzulayıram. 

- Komandanızı “Gent”lə oyunlara hazır hesab edirsiz?

- Hələ yox. Qarşıda bir neçə oyun var. Həmin matça qədər heyəti tam müəyyənləşdirməyə, fiziki və texniki durumu yaxşılaşdırmağa çalışacağıq. İndi tam hazır deyilik.

- Fevralın 2-nə qədər qapıçı transferini reallaşdırmağa çalışacağınızı demisiniz. Bizdə isə transfer pəncərəsi daha gec bağlanır...

- Fevralın 2-nə qədər sifariş ərizəsini UEFA-ya təqdim etməliyik. Ona kimi transferi yekunlaşdırmağa çalışacağıq.



Xəbərin oxunma sayı : 952




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap