Afaq Aslanın Dubayda toyu oldu – VİDEO “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO
Axtar
 
  • / Maqazin / — 03 Avqust 2021

    Afaq Aslanın Dubayda toyu oldu – VİDEO

  • / Maqazin / — 29 İyul 2021

    “Mənim üçün ən yaxşısı hələ qarşıdadır” - Aysel Teymurzadə

  • / Maqazin / — 26 İyul 2021

    Səmra lüt bədənini 1000 dollara satışa çıxardı – FOTO

  • / Maqazin / — 25 İyul 2021

    Nigarın geyimi müzakirələrə səbəb oldu - FOTO

  • / Maqazin / — 20 İyul 2021

    “Sənətimi atıb ev qadını olaram“ - VİDEO

  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

“Şuşa Bəyannaməsi Qars müqaviləsindən də üstündür” - İqbal Ağazadə

Tarix 16.06.21, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


“Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixinin və Cənubi Qafqaz siyasətinin yeni mərhələsidir. Bu mərhələ Azərbaycan, Türkiyə və region üçün çox əhəmiyyətlidir. Bəyannamədə Ermənistana aid mesajlar, kommunikasiya xətlərinin açılması, qonşuluq şəraitində yaşamağın şərtləri, dünyaya açılımın təmin edilməsi, bölgədə sülhün və əmin-amanlığın qorunmasına çağırışı əks etdirən məqamlar var. Hesab edirəm ki, Qars və Batum müqavilələrindən sonra Şuşa Bəyannaməsinin onlara bərabər, hətta daha üstün əhəmiyyəti var”.

AzFakt.com xəbər verir ki, bu sözləri Modern.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, Bəyannamədə əks olunan məqamlar Şuşada Baş konsulluğun açılması haqqında fikirlər bir daha göstərir ki, Azərbaycan torpaqlarına hər hansı müdaxiləyə cəhddə Türkiyənin mövqeyi indiyə qədərki mövqedən tam fərqli olacaq:

“Çünki Bəyannamədə göstərilir ki, Təhlüksizlik şuralarının birgə iclasları keçiriləcək, Ordunun qurulması istiqamətində birgə addımlar atılacaq, güc strukturlarının qurulmasında birgə çalışmalar olacaq.

Ermənistan reallığı başa düşsə, regionda sülhün və əmin-amanlığın onun ölkəsi üçün də nə qədər əhəmiyyətli olduğunu anlasa, bundan onlar da öz faydasını götürə bilərlər. Təəssüf ki, bu gün Ermənistanda milli maraqlardan çox hakimiyyət maraqları uğrunda mübarizə daha üst mövqeyə çıxır. Ona görə hesab edirəm ki, hələlik Ermənistan bundan dərs çıxara bilməyəcək. Amma Türkiyə və Azərbaycan üstünlüyü ələ aldı”.

Partiya sədri xüsusi qeyd edib ki, uzun illərdir, Türkiyənin bölgəyə siyasi baxımdan daxil olmasını arzulayırdıq:

“Mən də çıxışlarımda demişəm ki, Şuşa Bəyannaməsi, 44 günlük savaşdan sonra Türkiyənin göstərdiyi mövqe “Türkiyə Cənubi Qafqazdadır” deməyə əsas verir”. 



Xəbərin oxunma sayı : 778

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda