Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“ABŞ-ın növbəti prezidenti Vens olacaq” - İlon Mask

Tarix 03.12.25, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalı milyarder, iş adamı İlon Mask keçmiş həmkarlarına ABŞ-nın hazırkı vitse-prezidenti Ceyms Devid Vensin Ağ Evin növbəti rəhbəri olacağına inandığını deyib.

Bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Mask bu əminliyini noyabrın 22-də ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) əməkdaşlarına videokonfrans müraciətində bildirib.

Yuxarıda adı çəkilən və ictimaiyyətə açıqlanmayan çıxışı zamanı Mask ABŞ-nın “böyük 12 illik dövrün” başlanğıcında olduğunu vurğulayıb.
Qəzetin yazdığına görə, bu, Trampın indiki dörd illik prezidentlik müddətinə, eləcə də Vensin sonrakı iki müddətinə aiddir.

ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək, ancaq Vens hələlik qəti şəkildə namizəd olmaq planını açıqlamayıb.

Mask hazırda siyasətdən uzaqlaşıb, ancaq Vens 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürərsə və Mask seçki kampaniyasında iştirak etmək qərarına gələrsə, bu Vens üçün maddi baxımdan güclü təkan olacaq.

Qeyd edək ki, Mask “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru və planetin ən varlı adamıdır. “Bloomberg”in son hesablamalarına görə , onun sərvəti 450 milyard dolları ötür.



Xəbərin oxunma sayı : 124




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap