“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır” - Mikayıl Cabbarov

Tarix 23.05.22, 19:49

Font ölçüsü : - / +
bitmap-img6


İsveçrənin Davos şəhərində keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Avropaya qaz tədarükünü artırmaq üçün əlavə enerji resursları olduğunu bildirib.

Cənub Qaz Dəhlizinin Azərbaycan və Avropa münasibətlərinə gələcək təsiri ilə bağlı sualı cavablandıran nazir izah edib ki, Avropa ilə yanaşı, Azərbaycan həmçinin Gürcüstan və Türkiyə üçün əsas təchizatçılardan biridir.

“Sonra Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya gəlir. Həcmi (ötürmə qabiliyyəti - red.) hazırda qeyd etdiyinizdən (20 milyard kubmetr - red.) çoxdur. Qeyd olunan rəqəm yalnız Avropa bazarına çatan həcmdir. İkinci sual ondan ibarətdir ki, bizdə nəql olunmayan qaz həcmləri varmı? Bəli, var”, - deyə Mikayıl Cabbarov bildirib.

Nazir enerjidaşıyıcılarını günümüzün ən böyük dilemması adlandırıb.

“Hazırda Azərbaycandan çoxlu enerji resursları tələb olunur, bizdə bunlar var və biz bazarı təmin etməyə çalışırıq... Xəzər qazının və Azərbaycan qazının əhəmiyyəti gözardı edilməyəcək məsələdir”, - nazir əlavə edib.

Cabbarovun sözlərinə görə, Transxəzər dəhlizinin açılması Çindən Qərbə və əks istiqamətdə həm enerji, həm də yük daşımalarının həyata keçirilməsində böyük rol oynayacaq. Bununla bağlı o vurğulayıb ki, qonşu dövlətlərlə artıq müvafiq birgə investisiya layihələri hazırlanıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dəniz vasitəsilə Avropa ölkələrinə qədər uzanır. TBNM assosiasiyası səkkiz ölkədən dəmiryolu administrasiyaları, limanlar, gəmiçilik və logistika firmaları daxil olmaqla 20 şirkəti ehtiva edir.

Mənbə: Praym



Xəbərin oxunma sayı : 1237




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap