![]() |
|


8.jpg)











Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planları var - Vüqar Rəhimzadə
Tarix 07.05.22, 21:58 |
|

Zəfərimizdən ötən ilyarım ərzində işğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında nəhəng tikinti meydanına çevrilib. Görülən işlərə diqqət yetirdikdə bir daha Azərbaycan və Ermənistan arasında fərq, ən əsası torpağın əsl sahibi ilə əsassız iddialarla bu torpağa sahib olmağa çalışan və 30 il ərazilərimizi işğal altında saxlayan arasında fərq özünü qabarıq şəkildə büruzə verir. Biz nə qədər qurucu, yaradıcı xalqıqsa, erməni faşistləri də bir o qədər müharibələrin və barbarlığın törədiciləridir.
Dövlət başçısı İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. Bildirmişdir ki, 30 ilə yaxın işğal altında qalan digər ərazilərimiz kimi Zəngilan rayonunda da bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən zaman bu vandalizm aktlarının nəticələrini aradan qaldırmaq, tarixi və dini abidələrimizin bərpası prioritet məsələ kimi qarşıya qoyuldu. Baxmayaraq ki, ermənilər 30 ildə bu abidələri yerlə-yeksan edərək tariximizi silməyə, onları erməniləşdirməyə çalışdılar, amma dil açan faktlar onların illərdir apardıqları təbliğatın əsassızlığını dünyaya bəyan etdi. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur, daha dəqiq desək, yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalıb. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin daha müasir şəkildə, yeni dövrün tələblərinə uyğun bərpasını qarşıya əsas vəzifə kimi qoyub: "30 il torpaq həsrəti ilə yaşayan, dövlətimizin onlara diqqət və qayğısı fonunda hər zaman öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımız üçün azad olunmuş doğma torpaqlarda hər cür şəraitin yaradılması ölkə Prezidentinin aidiyyəti qurumlara verdiyi əsas tapşırıqlardandır. Bu torpaqlarda müasir idarəçilik sisteminin yaradılmasına xidmət edən addımların atılması da deyilənlərin təsdiqidir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizdə Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir. Dövlət başçısının bununla əlaqədar imzaladığı ilk Sərəncamın Şuşa ilə bağlı olması da təsadüfi deyildi. Prezidentin xüsusi nümayəndəliyi ilk olaraq Şuşada yaradıldı. Bərpa və quruculuq işləri Proqramına uyğun olaraq şəhərlərin Baş planları hazırlanarkən Ağdamdan sonra Şuşanın Baş planı təqdim olundu. Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsinin təyin olunması da bu tərkibdəndir. Qeyd edək ki, ilk "ağıllı şəhər” layihəsi Ağdamda, ilk "ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilir. Cari ildə bu kəndlər sakinlərini qarşılayacaq. "Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq Baş planlar əsasında olmalıdır” söyləyən dövlət başçısı İlham Əliyev bu tələbi də qarşıya qoymuşdur ki, Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və Baş planlar əsasında yaradılacaq. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir.”
YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində xarici ölkələrin, xüsusilə qardaş Türkiyənin şirkətləri də yaxından iştirak edirlər: "Ötən ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı da iki dost ölkənin birgə uğurudur. Bu layihə qısa zamanda hər iki ölkənin mühəndisləri tərəfindən inşa edilərək başa çatdırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd” layihəsinin icrası ilə tanış olmaları, həmçinin onların birgə iştirakı ilə rayonda "Dost Aqropark”ın təməlinin qoyulması da Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının təqdimatıdır. Bu layihə iki qardaş ölkənin birgə sərmayə layihəsidir. Ümumilikdə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri müxtəlif sosial obyektlərin açılışı və təməlinin qoyulması ilə yadda qalır. İlk gündən bu ərazilərdə infrastruktur layihələrinin uğurlu icrası prioritet olub. Füzuli Beynəlxalq Hava Limanından sonra cari ildə Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Hər bir bölgənin malik olduğu imkanlardan maksimum istifadə etmək əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda Zəngilan rayonunda məşğulluğun və iqtisadiyyatın əsas tərkib hissələrindən birinin də kənd təsərrüfatı olmasını önə çəkərək bildirmişdir ki, təbii iqlim çox əlverişlidir və yenə də "DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görməliyik. Görülən işlər bir daha təsdiqləyir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar böyük planları var.”
Vüqar Rəhimzadə dövlət başçısının qəbulda diqqət göstərdiyi məsələlər sırasında Ermənistanın ekoloji terror törətməsinə də münasibət bildirib: "Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedib. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub. Ermənistan Zəngilandakı və başqa rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. İşğalçı dövlət bu vəhşiliklərinə, törətdiyi ekoloji terrora görə beynəlxalq hüquq çərçivəsində layiqli cəzasını almalıdır. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər. Dünya Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra Kəlbəcər rayonunun boşaldılması zamanı ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Evlər, ağaclar yandırıldı, təbiət ekoloji terrora məruz qaldı. Yenə də dünyanın əksər dövlətləri, təşkilatları seyrçi mövqedə dayanmağı çıxış yolu hesab etdilər.”
Vüqar Rəhimzadə bildirib ki, bütün bu acılara, törədilən təxribatlara baxmayaraq, Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda irəliyə baxır, çağdaş tarixində yeni səhifə açaraq işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulmasının tezliklə başa çatmasına, Böyük Qayıdışın reallaşmasına, eyni zamanda, sülh müqaviləsinin imzalanması ilə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına səy göstərir. Prezident İlham Əliyev "Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf” fikirləri ilə görülən işlərin və hədəflərin ümumi mənzərəsini yaradır.
Xəbərin oxunma sayı : 1111
loading...
Sosial
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşdılar? - FOTOLAR
-
Heç nədən yüzlərlə milyon... - Mbappeni saxlamaq üçün PSJ nələr edir?
-
Pullu yol nə vaxt hazır olacaq? - VİDEO
-
Dövlət sifarişi ilə filmlərin çəkilməsi zamanı pozuntular aşkarlanıb
-
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Bu il istehlak bazarında kəskin bahalaşma var - VİDEO
-
Cozef Bayden İlham Əliyevi təbrik etdi
-
“Sülhməramlılar“dan daha bir təxribat - İndi də tariximizə qənim kəsiliblər - VİDEO
-
“Lotu Quli“nin adından istifadə...- 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
-
Ermənilər ABŞ səfirini ölkədən qovmaq istəyirlər: “Treysi, get!”
-
Məktəblərin yaxınlığında satılan təhlükə: Uşaq içən kimi xəstələnir - Video
-
Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar - TƏFƏRRÜAT
-
Jurnalist Qadir İbrahimli dəfn olundu - FOTOLAR
-
“Bakı İrəvandan öhdəliklərin yerinə yetirilməsini gözləyir” - Əli Əsədov
-
“Azov” alayının komandiri: “Mariupolun müdafiəsi dayandırıldı” - VİDEO
-
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Şəkidə kənd yolları niyə düzəldilmir? - VİDEO
-
Azərbaycana qar yağdı - FAKTİKİ HAVA
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Vilyam Hacıyev məktəb tikintisinə ayrılan pulun 181 min manatını mənimsəyib? - MƏHKƏMƏ
-
“Niyə dar günümdə yanımda olmadın?“ - Manafdan Vasifə
-
““Meymun çiçəyi“nə qarşı vaksinasiya mövcuddur“ - TƏBİB
-
“Türkiyəyə güzəştə gedəcək” – Ərdoğanın hansı tələbləri yerinə yetiriləcək?
-
Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb – RƏSMİ
-
Komandanlıq çaşqın durumda - Rusiya Mariupoldakı qüvvələrini çıxarır
-
Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - Açıqlama
-
Bu pomidorlarda təhlükəli zəhər olur - Diqqət
-
“Ali rəhbərlik Mariupolun müdafiəsini dayandırmaq əmri verib” - “Azov”un komandiri
-
Füzulidə peşə liseyi tikiləcək - SƏRƏNCAM
-
Çavuşoğlu və xanım həmkarı arasında şok dialoq - Otaqda gərgin müzakirə
-
Yağış yağacaq, duman olacaq - PROQNOZ
-
Azərbaycanda iki sahədə xidmət haqları 50 faiz artırıldı - QƏRAR
-
“Vilyam Hacıyev 30 min manat istədi, mübahisəmiz düşdü“ - Təhsil şöbəsinin sabiq müdiri
-
Buçada rusiyalı hərbçilərin cinayətlərinin yeni sübutları - FOTO/VİDEO
-
“Ünvanlı sosial yardım dayandırılsın, uşaq pulu verilsin” - Deputat
-
DTX qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş azərbaycanlını həbs etdi - FOTO
-
Tovuzda tonlarla yun həyətlərdə qalıb - VİDEO
-
5 il əvvəl törədilən qətlin üstü açılıb - Saxlanılan var
-
Brüsseldə daha bir Əliyev-Paşinyan görüşü olacaq – Avropa İttifaqının növbəti cəhdi
-
“Səhiyyə modulları tədricən fayda paketinə daxil ediləcək“ - Nazir
-
“Müharibənin son mərhələsi başlayıb“ - Zelenski
-
Jurnalist Qadir İbrahimli vəfat edib
-
Bakıda müəmmalı hadisə: Oynamaq üçün həyətə düşən üç bacı itkin düşüb
-
Lənkəran kəndlərini birləşdirən yolda sürüşmə aktivləşib - VİDEO
-
ABŞ Ukraynaya dağıdıcı silahları verməkdən ehtiyat edir - VİDEO
-
Paytaxtda tıxac olan yolların SİYAHISI
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
TOP 10
ARXİV