Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

“Bandotdel“dən əməliyyat: bu şəxslər qandallandı - VİDEO

Tarix 21.05.24, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

AzFakt.com DİN-ə istinadla bildirir ki, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.

Baş İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb. Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.





Xəbərin oxunma sayı : 892




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap