“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Bayden vədini yerinə yetirməlidir” - Saakaşvili ABŞ hökumətinə müraciət etdi

Tarix 22.11.21, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Co Bayden administrasiyasına açıq məktub göndərərək, Gürcüstan hakimiyyətini qınamağa və Gürcüstanın demokratiyadan geri çəkilməsini dayandırmaq üçün Tbilisiyə təzyiq göstərməyə çağırıb.

Xatırladaq ki, Saakaşvili bu ilin oktyabr ayından Gürcüstanda həbsdədir və 50 gündür həbsdə saxladığı aclıq aksiyasını bir gün əvvəl dayandırıb.

Saakaşvilinin məktubu Amerikanın “Politico” jurnalında dərc olunub. Sabiq Prezident yazıb ki, o, əvvəllər qiyabi məhkum olunduğu ittihamları siyasi motivli hesab edir. O, son illərdə hakim “Gürcü arzusu” partiyasının məhkəmə sistemi və bir çox dövlət və qeyri-dövlət mediası üzərində nəzarəti gücləndirdiyini, korrupsiyanın çiçəklənməsinə imkan verdiyini, seçkiləri manipulyasiya edərək ölkəni Putin Rusiyası ilə yaxınlaşmağa sövq etdiyini yazıb.

Saakaşvili hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyəti NATO üzvlüyünə doğru irəliləmək üçün istənilən praktiki səyləri dayandırıb. Saakaşvili xatırladıb ki, prezident olduğu müddətdə o vaxt ABŞ-ın vitse-prezidenti Baydenlə görüşüb və o, Gürcüstan demokratiyasına dəstək vəd edib. "Bu gün mən onun administrasiyasını ciddi təhlükə altında olan gənc demokratiyamıza dəstək vermək üçün üzərinə düşəni etməyə çağırıram" - deyə, keçmiş Prezident yazıb.

Onun təklif etdiyi tədbirlər arasında Gürcüstan hakimiyyətinin hərəkətlərinin ABŞ tərəfindən rəsmi şəkildə pislənməsi də var. Saakaşvili onun həbsxanada rəftarını qeyri-insani hesab edən Avropa Parlamentinin deputatlarına istinad edərək yazıb ki, ABŞ Konqresi Qlobal Maqnitski Aktına uyğun olaraq Gürcüstanda insan haqlarını pozanlara qarşı sanksiyaların tətbiqini də nəzərdən keçirməlidir.

Saakaşvili, həmçinin Bayden administrasiyasını dekabrda keçiriləcək dünya demokratiyalarının onlayn sammitində iştirak etmək üçün Gürcüstan hakimiyyətinə göndərdiyi dəvəti geri götürməyə çağırıb.

Rəsmi Vaşinqton indiyədək Saakaşvilinin həbsi və aclıq aksiyası ətrafında baş verənlərə təmkinlə reaksiya verib, rəsmi Tbilisini keçmiş Prezidentlə humanist rəftar etməyə, onun məhkəmədə ədalətli mühakimə olunmaq hüququnun qorunmasına çağrsa da, Gürcüstanı qınamaqdan çəkinib.



Xəbərin oxunma sayı : 889




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap