![]() |
|














“Dedi hansısa pullu adamı nişan ver, iki saata tutaq, pulunu alaq...” - Mahmudovun bandasının əməlləri
Tarix 25.01.22, 23:39 |
|

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və həmin idarənin onunla birgə mühakimə olunan üç əməkdaşı - Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə dinləmələri davam edir. virtualaz.org xatırladır ki, bu səs-küylü məhkəmə prosesi ictimaiyyətə açıqdır, amma jurnalistlər zala buraxılmır. Nəticədə KİV nümayəndələri içəridə baş verənlər haqda məhkəmənin çölündən, zərərçəkənlərdən və vəkillərdən məlumat almalı olurlar.
Bu gün keçirilən məhkəmə prosesində zərərçəkmiş Əfsəl Həsənəliyev ifadəsini davam etdirib, Şıxəliyevin və işçilərinin onun başına açdıqları oyunların təfərrüatlarını danışıb. Bildirib ki, 35 il hüquq-mühafizə orqanlarında işlədiyib, sonuncu iş yeri Nəqliyyatda Baş Polis İdarəsi olub, dövlətə, xalqa vicdanla xidmət edib. Təqaüdə çıxandan sonra bizneslə məşğul olmağa başlayıb. Keçmiş polis əməkdaşının dediyi kimi, o heç vaxt ağlına gətirməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığmaqla iş adamlarına divan tutar, onları girov götürərək ailələri başsız qoymaqla var-dövlət toplayarlar.
“Mövlam Şıxəliyevlə Yasin Məmmədov onun başına müsibət açdılar”
“MTN-ə çağırılanda inanmazdım ki, tam qanuni fəaliyyətimə görə məni həbs edərlər”- Ə.Həsənəliyev ifadəsində göstərib. Xatırladaq ki, Ə.Həsənəliyev şəriki Cahangir Məmmədovla birlikdə Çindən Gürcüstana “skoç” və pirotexniki vəsitələr idxal edib, amma malları orada satmaq mümkün olmadığından Azərbaycan üzərindən İrana tranzit keçirmək və orada satmaq istəyiblər. Çünki Azərbaycandan fərqli olaraq İranda pirotexniki vasitələrin satışına qadağa yoxdur.
Zərərçəkmişin ifadəsinə görə, 3 sentyabr 2013-cü ildə tanışı Məcid Anqubazov ona zəng vuraraq Tbilisidəki malları Bakı şəhərinə gətirmək lazım olduğunu deyib: “Mən də Cahangir Məmmədovla (C.Məmmədov 2015-ci ilin iyulunda intihar edib-red.) danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangirə rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun iki övladı, ailəsi evsiz-eşiksiz, səfil günündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır”.
Sahib Ələkbərov, Yasin Məmmədov
Ə.Həsənəliyev ifadəsində göstərib ki, həmin ərəfədə Gürcüstanda olan TIR sürücüsü C.Məmmədov həmin yükü 2500 manata Bakıya çatdıra biləcəyini deyib. Tbilisidə Arif adlı azərbaycanlı ilə görüşüblər. Arif onları Gömrük Terminalının bazasına aparıb. Oradakı karton qutuları göstərib deyib ki, bunlar “skoçlar”dır, qalanları isə pirotexniki vasitələr.
“Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələri Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Bu haqda Məcidə deyəndə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir də gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Onu da qeyd edim ki, quldur dəstənin üzvləri “Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətiriləcəyini xəbər alıblar. Əməliyyatı da buna qurublar. Lakin, mərhum Cahangirlə mən pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik”,-zərərçəkmiş deyib.
Mövlam Şıxəliyev və adamları malın İrana aparılacağından xəbər tutur
Ə.Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və dəstə üzvləri onların pirotexniki vasitələri İrana aparmaq planlarından xəbər tutublar.
“Əsilində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşınını onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar”,-o bildirib.
“Bizim hərəkətlərimizin adı cinayət yox, ticarət olub”
Ə.Həsənəliyev daha sonra Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib. Həmin məktubda MTN əməkdaşlarının qanunsuz hərəkətləri barədə açıq yazılmışdı.
Zərərçəkmiş deyib: “Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Məni, Məcid Anqubazovu, Elman Məsimovu, Orxan Abdullayevi, Sərdar İsmayılovu və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri qanun çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq tranzit yük daşımaları razılaşmalarına uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizin adı cinayət yox, ticarət olub. Başda Mövlam Şəxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə bir yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harada olması sualı açıqdır. Xahiş edərəm ki, bizdən zorla alınan mallarımızın harada olmasını müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla aparışdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.
“Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər”
Zərərçəkmiş deyib ki, həbs olunduqdan sonra Mövlam Şıxəliyev onu dəfələrlə Yasin Məmmədovun vasitəsilə saxlanıldığı təcridxanadan xidməti kabinetinə çağırıb. Yasin Məmmədov, Təhsin Ağayev və Nadir Nustafayev hər dəfə Mövlam Şıxəliyevin adından ona həbsdə çürüyəcəyini, ağır cəza alacağını deyiblər.
KİV-lərdə Mövlam Şıxəliyevin yeni fotosu yayıldı
“Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. Beş ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. Yasin Məmmədov deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, iki saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Puldan ötrü hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Beş ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar”,-Həsənəliyev belə deyib.
Ekspertizanın saxta rəyi
O əlavə edib ki, tələb olunan pulu verəndən sonra Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alınıb. Həmin rədə yazılıb ki, guya təqsirləndirilən şəxs təcridxana şəraitində saxlanılmağı istisna edən ağır xəstəlikdən əziyyət çəkir. “Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”,-zərərçəkən deyib.
Ə.Həsənəliyev deyir ki, həbsdən azad olunduqdan sonra da ondan əl çəkməyiblər: “Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə beş-on dəfə zəng edir, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər ki, həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum. Aprelin 5-də Yasin Məmmədova xidməti otağında 28 min manat da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurduqları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.
Daha sonra Ə.Həsənəliyev dövlət ittihamçısının və proses iştitrakçılarının suallarını cavablandırıb.
Təqsirləndirilən M.Şıxəliyev səslənən ittihamlara heç bir reaksiya verməyib. Digər təqsirləndirilən Yasin Məmmədov isə Ə.Həsənəliyevdən pul almadığını deyib.
Məhkəmə prosesi fevralın 1-də davam edəcək.
Xəbərin oxunma sayı : 1186
Kriminal
Xəbərlər
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? - İDDİA
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
-
AZAL təyyarəsinin vurulması ilə bağlı - Yeni detallar
-
Xırdalanda Heydər Əliyev parkında ağaclar qurudulur - Çay evlərindən şikayət
-
Kərə yağı sağlamlığa necə təsir edir: hər gün yemək olarmı?
-
ABŞ bütün dünyaya silah paylaya bilməz - Pentaqon
-
Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi körpü qəzalı vəziyyətdədir? - VİDEO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib - "VƏHDƏT" nümayəndəsidə iştirak etdi
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
TOP 10
ARXİV