“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Diplomatların Qarabağda erməni vəhşiliklərini görməsi mühümdür“ - Hikmət Hacıyev

Tarix 16.10.21, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycandakı xarici diplomatik korpus nümayəndələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra artıq 7-ci dəfədir azad olunmuş ərazilərə səfər edirlər".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu cür səfərlərdə əsas məqsəd Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistanın törətdiyi vəhşiliklər və vandallıqlarla yerində tanış olmaqdır. Ermənistan tərəfi əməllərini inkar və ya başqa cür ört-basdır etməyə çalışsalar da, diplomatlar onların əməllərini öz gözləri ilə görəndən sonra inkar etmək mənasızdır", - o bildirib.

H.Hacıyev həmçinin vurğulayıb ki, bu cür səfərlərlə xarici diplomatların Qarabağda görülən bərpa və yenidənqurma işləri ilə tanış olmaları mühümdür: "Belə ki, diplomatların gördüklərini hökumətlərinə çatdırması gələcəkdə həmin ölkələrin azad edilmiş bölgələrimizdə gedən quruculuq işlərində iştirak etməsinə, buraya sərmayə qoymasına təkan verə bilər".



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap