Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Heç kim bizimlə bu cür davrana bilməz“ - Fatih Terimdən Afinanın tərbiyəsizliyinə cavab

Tarix 13.07.21, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Yunanıstana "Olimpiakos"la yoxlama görüşü keçirmək üçün gedən komandasının ölkəyə buraxılmaması haqda danışıb.

Qol.az ”Fotomac”a istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis bu çirkin davranışı belə şərh edib:"Heç kim bizə bu cür davrana bilməz. Bu hərəkətlər xoş deyil. Biz belə şeylərə boyun əyəcək insanlar deyilik. Başda ölkə prezidenti olmaqla, bizi qoruyan hər kəsə təşəkkür edirik. "Qalatasaray" beynəlxalq qaydaları çox yaxşı bilən klubdur. Dünyadakı bütün matçlarda bu təcrübəni qazanan klubların ən başındadır. Uçuşdan 24 saat əvvəl onsuz da test vermişdik. Hamımız oraya bütün testlərin nəticələri ilə birgə getmişdik. Yunanıstandakı hava limanına enəndə qısa bir müddətdə analiz götürəcəklərini dedilər. İki ölkə arasında əldə olunan razılaşmada qarşılıqlı testlərin qəbulu üçün anlaşma da var. Amma bizdən test verməyimizi istədilər. Səbəbini soruşanda isə son 2 gündə bu qayda ilə işlədiklərini bildirdilər. Bu təsadüfi hadisədə mən də iştirak etmişəm. Bizdən burundan koronavirus testi götürdülər. Əllərimizdə PCR testinin də şəklini çəkdilər. Daha sonra isə digər şeylərə ehtiyac olmadığını bildirdilər".

Terim komandanın 2 saat limanda gözlədikdən sonra Türkiyəyə qayıtması barədə də danışıb: "Yoldaşlıq oyunlarında dost kimi davranmaq lazımdır. Amma bizə qarşı edilən dostluqa layiq hərəkət deyildi. Geri qayıtmaq qərarı verdik. Ölkə prezidenti daxil olmaqla, Xarici İşlər Nazirliyi, İdman Nazirliyi - hərkəs və hər bir qurum bizimlə maraqlandı. İnsan orada böyüklərinin dəstəyini görəndə özünü xoşbəxt hiss edir”.

Çalışdırıcı oyunçularının hava limanında gözləyərkən yorulduqlarını deyib:“Orada gözləmək futbolçularımız üçün cansıxıcı oldu. Onlar həm yoruldurlar, həm də acdılar. Daha sonra bizdən pasportlarımızı istədilər. Deportasiya edəcəklərini dedilər. Biz isə israrla pasportlarımızı verməyəcəyimizi bildirdik. Kapitanlarımız və stüardessalarımız hazır vəziyyətdə dayandılar. Onlara da qalxmaq üçün icazə vermədilər. Amma sonra su verdilər".

Terim bu hadisəni “Qalatasaray”a yox, Türkiyəyə edilən davranış kimi qiymətləndirib: “Belə vəziyyətdə “Olimpiakos” rəsmiləri də bizə kömək etməyə çalışdı. Amma nəticədə bacarmadılar. Orada qalmamaq ən düzgün qərar idi. “Olimpiakos”un sahibi Marinakis də zəng vurdu. O da bizim hisslərimizi paylaşdı. Hər bir klub ölkəmizə gələn qonaqlara necə davrandığımızı, hava limanında onlarla necə maraqlandığımızı bilir. Biz həqiqətən də hər kəsə başqa cür davranırıq. Bunun “Qalatasaray”a yox, kimə edilən bir davranış olduğu ortadadır. Oradakı üslub da, münasibət də, davranış şəkli də xoş deyildi. Biz nə buna boyun əyəcək klubuq, nə də insanıq. Lazım olanı edib, geri qayıtdıq”.



Xəbərin oxunma sayı : 796




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap