“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Çin lideri Kiyevə niyə getmək istəmir? – İki əsas səbəb...

Tarix 31.03.23, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Çin lideri Tsi Cinpin iki günlük Moskva səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə etmişdi. Bundan əvvəl isə Çin lideri müharibənin dayandırılması üçün 12 maddəlik təkliflərini irəli sürmüşdü. Pekin Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyirdi. Buna görə də Tsi Cinpinin Moskva səfərindən sonra “Çin lideri Moskvadan sonra Kiyevə də gedib Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəkmi” sualı aktuallaşdı.

Ukrayna Prezidenti Pekinin vasitəçilik təşəbbüslərini rədd etməyib, sadəcə Tsi Cinpinlə üzbəüz görüşüb fikir mübadiləsi aparmaq istəyir. Zelenski Tsi Cinpini Kiyevə səfər dəvət edib. Pekindən cavab yoxdur. Zelenskinin sonuncu dəfə Çin lideri ilə təması müharibədən əvvəl olub. Müharibə başlayandan sonra liderlər görüşməyib.

Çin lideri niyə Kiyevə getmək istəmir?

Birincisi, Tsi Cinpin Moskva ilə siyasi və iqtisadi zəminlərdə strateji tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. O Kiyevə gedib Ukrayna Prezidenti ilə görüşməklə Kreml sahibi Vladimir Putinlə tərəfdaşlığına kölgə salmaq istəmir. Pekin Rusiyadan ucuz neft və qaz almaqda maraqlıdır.

İkincisi, Pekin Volodimir Zelenski Vaşinqtonun müttəfiqi sayır. Pekində hesab edirlər ki, Zelenski Vaşinqtonun təlimatları əsasında hərəkət edir. Tsi Cinpin bu səbəbdən də Kiyevə gedib Zelenski ilə görüşmək istəmir.

Tsi Cinpin Zelenski ilə görüşmədən Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməyəcək. Əslində Pekin vasitəçi olmaq da istəmir, sadəcə Tsi Cinpin Qərbin Çinə qarşı artan təzyiqlərindən qurtulmaq üçün özünü “sülhdə maraqlı olan tərəf” kimi göstərmək istəyir. Ancaq bu alınmır. 

Pekinin vasitəçiliyinin Rusiyanın xeyrinə olduğunu hamı anlayır. Misal üçün Tsi Cinpin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, “Rusiyanın müharibəyə başlama səbəblərini anlayırıq” fikrini bir neçə dəfə səsləndirib. Yəni Tsi Cinpin demək istəyib ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamaqla beynəlxalq hüququ pozmayıb, Kreml “həyati maraqlarından çıxış edib”. Görünür, Tsi Cinpin ona da işarə edib ki, Ukrayna Kremlin tələbi ilə NATO və Avropa İttifaqı üzvülüyndən imtina etməliydi.

Tsi Cinpinin 12 maddəlik təkliflərində Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsi vacibliyi göstərilməyib. Təklifllərin ümumi mahiyyəti budur ki, tərəflər arasında atəşkəs elan olunsun. Qarabağ nümunəsində atəşkəsin nəyə səbəb olduğunu bilirik, bu işğalın rəsmiləşdirilməsinə şərait yaradır. Rusiya-Ukrayna müharibəsində atəşkəs elan olunarsa İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdə - Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda olduğu kimi Rusiyanın işğalçı qoşunları Ukrayna ərazisini tərk etməyəcək və uzun onilliklər Kiyevlə Moskva arasında nəticəsi olmayan danışıqlar davam edəcək. Bu isə Rusiyanın maraqlarına uyğundur.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 940




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap