“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Şirinbəylinin 244 minlik qızılını oğurlayan məhkəməyə gəlmədi

Tarix 31.01.25, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Məmur Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edilməsi ilə bağlı məhkəmə araşdırması gedir.

AzFakt.com “qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən şəxs Ruhiyyə Məmmədovadır.

Ruhiyyə əvvəllər də məhkum edilib. Bu dəfə o, xadimə işlədiyi evdən qızıl-zinət əşyaları oğurluğuna görə mühakimə edilir.

Xanım müttəhim həbsdə deyil, onun barəsində alternativ qətimkan tədbiri seçilib.

Əmir Şirinbəyli zərərçəkmiş qismində müstəntiqə ifadə verib.

Bu gün cinayət işi üzrə ilk baxış iclası keçirilməli idi, lakin Ruhiyyə heç bir səbəb göstərmədən məhkəməyə gəlməyib.

Prosesə sədrlik edən hakim Telman Hüseynov məhkəmə salonundan təqsirləndirilən şəxsə zəng edib. Ruhiyyə hakimə xəstə olduğunu deyib. Onu da əlavə edib ki, zərərçəkmişə dəymiş ziyanın bir hissəsini ödəyib, digər hissəni yavaş-yavaş ödəyəcəyinə razılaşırlar. O, xəstəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etməməsinə isə aydınlıq gətirə bilməyib.

Hakim xanım müttəhimə xəbərdarlıq edib, bir də məhkəmədən yayınarsa, həbs edilə biləcəyini bildirib. Təqsirləndirilən şəxsin üzrsüz səbəbdən məhkəmədən yayınması protokola əlavə edilib.

Hakim prokurora da növbəti iclasda seçilmiş qətimkan tədbirinin həbslə əvəz edilməsi məsələsinə baxılmasını tapşırıb.

Proses sözügedən səbəbdən təxirə salınıb.



Xəbərin oxunma sayı : 262




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap