“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanda müavinsiz işləyən icra başçıları - SİYAHI

Tarix 31.01.25, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yerli icra hakimiyyəti orqanlarında rəhbər heyətdə müavinlər də təmsil olunur. Bəzi icra hakimiyyətlərində isə icra başçısının müavini vəzifəsi mövcud olsa da, bu post hələ boşdur.

İqtisadiyyat.az mövzu ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində bəzi icra hakimiyyəti başçılarının ümumiyyətlə müavinsiz fəaliyyət göstərdiyi məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov müavinsiz işləyir. ŞİH-də mövcud olan dörd müavin (onlardan biri birinci müavindir) vəzifəsi boşdur. Eyni zamanda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov da müavinsiz işləyir, onun da hazırda vəzifədə olan heç bir müavini yoxdur.

Şəki Şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov iki müavinlə işləyir. Onun həm də Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini tutan müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini daşıyan digər müavini yoxdur. 

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin, Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyevin, Beyləqan Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun, Qax Rayon İcra Hakimiyyəti Başçısı Musa Şəkiliyevin, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayevin də müavinlərindən biri yoxdur. Bu icra hakimiyyətlərində Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin də işlərini icra etməli olan müavin vəzifələri hazırda vakansiyaya çıxarılıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısı İlqar Abbasovun və Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Cabbar Musayevin də birinci müavinləri yoxdur. Hər iki başçı hazırda üç müavinlə işləyir.

Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Elxan İbrahimovun, Lerik Rayon İcra Hakimiyyətinin Başçısı Əkbər Abbasovun, Saatlı Rayon İcra Hakimiyyəti Başçısı Elmir Bağırovun, Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısı Kamal Həsənovun, Salyan Rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilovun, Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Elvin Paşayevin və Göyçay Rayon İcra Hakimiyyəti Başçısı Natiq Ağayevin də birinci müavinləri yoxdur. Bu icra başçıları da digər iki müavinlə çalışır. 

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyevin, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Süleyman Mikayılovun, Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Vaqif Həsənovun və Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Vasif İmanovun da müavinlərindən biri yoxdur. 

Xətai Rayon İcra Hakimiyyəti Başçısı Rafiq Quluyev cəmi bir müavinlə işləyir. RİH-də mövcud olan iki müavin vəzifəsi (biri birinci müavin) vakantdır. Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubovun da müavinlərindən biri yoxdur. O da cəmi bir müavinlə işləyir.

Bərdə Rayon İcra Hakimiyyəti Başçısı Vidadi İsayev və Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov da cəmi bir müavinlə (Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra etməklə yanaşı) işləyir. Onların da birinci müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini daşıyan digər müavini yoxdur. 

Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Rafiq Cəlilov və Qusar Rayon İcra Hakimiyyəti Başçısı Sahir Məmmədxanov isə birinci müavinlə işləyir. Onların həm də Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra etməli olan iki müavini yoxdur. 

Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı Orxan Mürsəlovun, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədovun, Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidovun, İmişli Rayоn İcra Hakimiyyətinin Başçısı Elçin Rzayevin, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısı Novruz Novruzovun və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun da müavinlərindən biri yoxdur. Bu icralarda vakant olan müavin vəzifəsi həm də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinin icraçısıdır.



Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap