![]() |
|














“Kim Ramiz Mehdiyevin yerinə olsa istefa verib nəticələri ilə vaxt keçirməyə gedər” – Adil Əliyev
Tarix 22.06.21, 22:25 |
|

Azərbaycan Milli Məclisinin vitse-spikeri Adil Əliyevlə bu dəfəki söhbətimiz Ermənistandakı parlament seçkilərindən tutmuş Şuşa Bəyannaməsinə və AMEA-nın fəaliyyətinə qədər geniş spektri əhatə etdi.
Vitse-spikerin Ovqat.com-a müsahibəsini təqdim edirik
-Adil müəllim, Ermənistanda keçirilən son parlament seçkilərində II Qarabağ savaşının məğlubu Paşinyan böyük fərqlə qələbə çaldı. Erməni xalqının yarıdan çoxu Paşinyana səs verdi. Hər seçkinin nəticəsi həm də xalqın dünyaya verdiyi bir mesajdır. Sizcə, erməni xalqı öz seçimi ilə hansı mesajları verdi və bu seçim regiona nə vəd edir?
-Ermənistandakı son parlament seçkilərinin nəticələri ilk növbədə onu göstərdi ki, erməni xalqı müharibə tərəfdarı siyasi partiyaların və qüvvələrin irəli sürdüyü ideyaları dəstəkləmir, sülh şəraitində yaşamağı arzulayır. Ona görə ki, Paşinyanın rəqibləri onu kaputilyasiya siyasəti yürütməkdə ittiham edir və 44 günlük müharibənin məğlubiyyətini bu adamın ayağına yazmağa çalışırdılar. Xalqa verdikləri vədlər də itirdikləri əraziləri yenidən işğal etmək məqsədi ilə müharibəyə başlamaq idi. 44 günlük müharibədə ağır itkilərlə üzləşən erməni xalqı isə yenidən eyni tale ilə üzləşməmək üçün istəməsələr belə, Paşinyana dəstəkləmək məcburiyyətində qaldılar. Açığı, bu seçim Paşinyana duyulan böyük hörmətdən irəli gəlmirdi. 44 günlük müharibədən sonra Paşinyan ölkədəki nüfuzunu böyük ölçüdə itirmiş və hara gedirdisə mütləq etirazla qarşılaşırdı. Bütün bunlara baxmayaraq, ermənilərin ona səs verməsi Paşinyana inamdan yox, rəqiblərinə inamsızlıqdan qaynaqlanırdı. Artıq erməni xalqı Azərbaycanla hərbi diliylə danışmağın mümkün olmadığını anlayır və perspektivi olmayan, ölkəyə ancaq məğlubiyyət gətirəcək təcavüzkar siyasətdən imtina etməyə çalışır. Bunun da əsas səbəbi Azərbaycan ordusunun qüdrəti ilə əlaqədardır. 44 günlük müharibə bir daha sübut etdi ki, Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Azərbaycanın güclü ordusu var” sözləri gəlişi gözəl ifadə deyil, real faktlara əsaslanır. Təsadüfi deyil ki, son Qarabağ döyüşlərində ordumuz bir an belə dayanmamış, ancaq irəli gedərək düşmən üzərində qəti qələbə qazanmışdı. Ermənistan 44 günlük müharibənin nəticəsində kaputilyasiya aktı saydığımız 10 noyabr Bəyanatına da məhz bu səbəbdən imza atmağa, hətta bu atəşkəsi özləri istəməyə məcbur olmuşdular. Çünki həmin dövrdə erməni ordusunun 20 mindən artır əsgəri faktiki olaraq Azərbaycan əsgərinin mühasirəsinə düşmüşdü və müharibə bir neçə gün də davam etsəydi, böyük canlı qüvvə itkisiylə üzləşə bilərdi. Öz ordusunun bütün hərbi arsenalının böyük əksəriyyətini, minlərlə canlı qüvvəsini itirən ermənilərin müqavimət göstərmək imkanları qalmamışdı. Övladlarını perspektivsiz müharibəyə qurban vermək istəməyən erməni xalqı, təbii ki, sülh çağırışlarına daha çox üstünlük verməli idi və verdi də. Ermənistanda keçirilən son seçkilərə bu aspektdən nəzər salanda onların niyə məğlub komandana səs verdiklərini anlamaq mümkündür.
-Amma Köçəryanın seçki öncəsi apardığı təbliğatlarda Rusiyanın dəstəyini alıb yenidən işğal etdikləri əraziləri geri qaytarmaq mesajı açıq seçilirdi. Sizcə, erməni xalqı bu çağırışlara niyə inanmadı?
-Çünki o çağırışların və vədlərin yalan olduğunu 44 günlük müharibədə gördü. Dəfələrlə Ermənistan rəhbərliyinin Moskvaya yardım çağırışlarına aldığı cavab indi də unudulmayıb. Moskva Azərbaycan ordusunun öz ərazilərində separatizmə qarşı mübarizə apardığını, bunun rəsmi Bakının suverenlik hüququndan irəli gəldiyini, KMTM Nizamnaməsində üzv dövlətlərin başqa ölkə ərazisinə təcavüz halında onu dəstəkləməklə bağlı hər hansı öhdəliyinin olmadığını açıq şəkildə bəyan etmişdi. Ölkəmizin haqlı müharibə aparması dünya dövlətləri tərəfindən də qəbul olunur, hətta erməniləri açıq şəkildə dəstəkləyən digər qüvvələr də bu reallıqla barışırdılar. Yadınızdadırsa, Fransanın çağırışı ilə toplanan BMT TŞ-da Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı təklifinə Böyük Britaniya veto qoymuş və bu qərar layihəsi keçməmişdi. Erməni ictimaiyyəti yaxşı başa düşür ki, Azərbaycana qarşı yenidən müharibəyə başlamağa öz gücləri çatmaz və beynəlxalq hamiləri onların yerinə bizimlə döyüşməz, hətta İrəvanı siyasi cəhətdən də dəstəkləməzlər. Hesab edirəm ki, bu qələbə Azərbaycan hakimiyyətinin 30 il ərzində yürütdüyü təmkinli, düzgün hesablanmış xarici siyasətinin və ordu quruculuğunun nəticəsidir. Bütün bu uğurlu siyasətin əsas müəllifi isə Ali Baş Komandanımız İlham Əliyevdir.
-Gəlin, etiraf edək ki, Azərbaycanla strateji müttəfiqimiz Türkiyənin imzaladığı Şuşa Bəyannaməsinə Moskvanın münasibəti qənaətbəxş olmadı. Sizcə, bu bəyannaməyə niyə belə sərt reaksiya verildi?
-Düşünürəm ki, Bəyannaməyə bu reaksiya yalnış anlaşılmadan doğdu. Rusiyanın etirazının kökündə NATO üzvü olan Türkiyənin Azərbaycanda öz hərbi bazalarını yaratmaq ehtimalından qaynaqlanırdı. Halbuki, Bəyannamədə elə bir maddə nəzərdə tutulmur. Üstəlik, nə Qoşulmayanlar Hərəkatının üzvü, hazırkı sədri kimi Azərbaycanın, nə də Türkiyənin elə bir niyyəti var. Hər iki strateji müttəfiqin yeganə planı Azərbaycan ordusunun qüdrətlənməsi, öz gücü hesabına ərazi bütövlüyünü qoruyacaq vəziyyətə gəlməsidir. Bu isə bizim bir dövlət kimi ən təbii haqqımızdır və heç kim buna etiraz etmir, edə də bilməz. O başqa məsələdir ki, Azərbaycan öz torpaq bütünlüyü uğrunda düşmənin regional müttəfiqlərinə qarşı müharibəyə girərsə, Türkiyə də istər-istəməz bizi dəstəkləməyə məcbur ola bilər. Amma bu ehtimal hazırda sadəcə nəzəri olaraq gündəmdədir. Çünki nə regional ittifaqların belə bir niyyəti var, nə də Azərbaycan öz qonşuları ilə müharibəyə hazırlaşır. Bizim yeganə niyyətimiz ərazi bütövlüyümüzü qorumaqdır və müasir silahlarla təchiz olunmuş, dünyanın ən güclü ordularının belə, heyrətlə izlədiyi qələbəni qazanmış Azərbaycan ordusunun öz dövlətini qorumağa kifayət qədər gücü çatar. Sadəcə hər bir dövlət kimi Azərbaycan da bu üstünlüyü ilə razılaşmır, öz ordusunu müasirləşdirmək və yeni nəsil silahlarla təchiz etmək istəyir. Şuşa Bəyannaməsi də bu məqsədə xidmət edir.
-Adil bəy, Azərbaycan ordusunun yeni texnologiyalarla təchizi elmi inkişaf səviyyəmizdən birbaşa asılıdır. Tarix sübut edir ki, ondan-bundan silah almaqla bir ordunu güclü hala gətirmək mümkün deyil. Ölkələr həm də öz hərbi sənaye komplekslərini qurmalı və müasir texnoloji kəşflərlə buna nail olmalıdır. Bu hədəfə çatmaq üçün Azərbaycanın elm xadimlərinin üzərinə böyük məsuliyyətlər düşür. Necə hesab edirsiniz, AMEA bu çağırışlara cavab verəcək səviyyədədirmi?
-Çox yaralı yerimizə toxunursunuz. Bilirsiniz ki, Şuşa Bəyannaməsində də Azərbaycanın müasir tələblərə cavab verən hərbi sənayə kompleksinin qurulması nəzərdə tutulur. Prinsip etibarilə, Azərbaycan xalqı bu potesiala malik toplumdur. Heç uzağa getməyək, II Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycanın elm xadimlərinin, xüsusilə Yusif Məmmədəliyevin məşhur kəşfləri mühüm rol oynamışdır. Onun tank əleyhinə yaratdığı kimyəvi kokteyl düşmən tanklarını əridib sıradan çıxarır, təyyarələr üçün hazırladığı yanacaq sovet hava qüvvələrini hərəkətə gətirirdi. Müharibədən sonra bir çox rus mütəxəssislər Yusif Məmmədəliyevin bu uğurlarını etiraf edərək deyirdilər: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udduq. Məhz bu nailiyyətlərinə görə, Yusif Məmmədəliyev müharibədən dərhal sonra – 1945-ci ildə AMEA-nın prezidenti vəzifəsinə gətirilmişdi. Yəni indiki Ramiz Mehdiyevin yerinə. Müharibədən sonra onun raket yanacağını kəşfi nəticəsində SSRİ kosmosa çıxa bilmiş və dünya hegemoniyasında əsas rəqibi ABŞ-ı ən azı 15 il qabaqlamışdı. Qısası, SSRİ-nin həm II Dünya müharibəsində, həm də soyuq savaşda nailiyyətində Azərbaycan elm xadimlərinin misilsiz rolu var. Bu gün belə, o kəşflər hərb sənayesinin başlıca uğurlarından sayılır. Mən bu misalları çox uzada bilərəm. Amma sualdan yayınmamaq xətrinə Azərbaycanın digər bir çox alimlərinin elmə gətirdiyi yeniliklər üzərində çox dayanmaq istəmirəm. Demək istədiyim odur ki, dünya elminin istiqamətini, qlobal müharibələrin taleyini dəyişən AMEA-nın indiki vəziyyəti ürək ağrıdıcıdır. Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələrini, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir.
Bilirsiniz ki, Azərbaycan prezidenti dəfələrlə elmə ayrılan vəsaitin tətbiqi elmlərin inkişafına sərf olunmasını tapşırıb. Elə bu tapşırığın özü, siz dediyiniz kimi, hərbi sənaye kompleksinin və iqtisadi böyümənin inkişafına yönəlməsini tələb edir və Şuşa Bəyannaməsinin ruhunu əks etdirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur. Hesab edirəm ki, akademik büdcənin hansı sahələrə yönəldildiyini araşdırsanız, daha dəhşətli faktlar ortaya çıxararsınız. Prezident çıxışlarında dəfələrlə jurnalistləri özünün ən yaxın dostları və etibar etdiyi mənbələr adlandırıb. Siz də bu etimadı doğruldaraq, Azərbaycanın elmi potensialının necə məhv olunduğunu araşdırıb əsl həqiqətləri ortaya qoymalısınız. Qoy, Azərbaycan rəhbərliyi də, ictimaiyyəti də sizin vasitənizlə kimin kim olduğunu tam aydınlığı ilə görsün.
Xəbərin oxunma sayı : 490
Müsahibə
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV