Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 12 Mart 2023

    Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO

  • / Maqazin / — 04 Mart 2023

    Röya xarici görünüşündə dəyişiklik etdi - VİDEO

  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

İlham Əliyev Ərdoğana zəng etdi - Humanitar yardım göndəriləcək

Tarix 06.02.23, 15:04

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib.

İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Rəcəb Tayyib Ərdoğan zəngə və başsağlığına görə dərin təşəkkürünü bildirib.

Dövlət başçısı deyib ki, onun tapşırığına əsasən, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə yola salınacaq.

Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlət başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.



Xəbərin oxunma sayı : 577

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap