“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Əli Nağıyev Pakistan Quru Qoşunları komandanı ilə görüşüb

Tarix 22.06.21, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

AzFakt.com DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter alıb.

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap