Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Məhkəmə iclaslarında iştirak etməyə hazıram” – Saakaşvili

Tarix 02.10.24, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Tbilisinin özəl “Vivamed” klinikasında müalicə alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı qaldırılan işlərlə bağlı məhkəmə iclaslarında şəxsən iştirak etmək istədiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə videobağlantı vasitəsilə iştirak etdiyi növbəti məhkəmə iclasında bildirib.
“Şahidlərin dindirilməsində iştirak etmək istəyirəm və hazıram. Mənim məhkəmədə iştirakımı təşkil edin ki, bu biabırçı, uydurma işlərdə bütün şahidlərin gözünün içinə baxa bilim”, - Saakaşvili qeyd edib.
Saakaşvili 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və bundan sonra o, məhkəməyə getməyi dayandırıb.
Qeyd edək ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb. Onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda məhkəmədə 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin talan edilməsi və təxminən 9 milyon lari (3,2 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. Bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.



Xəbərin oxunma sayı : 208




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap