Aygün Kazımovadan cazibədar paylaşım - FOTO Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO Səmra alt paltarında paylaşım etdi - FOTO
Axtar
 
  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 14 May 2022

    Dilarə Kazımovadan ehtiraslı rəqs - VİDEO

  • / Maqazin / — 06 May 2022

    Aysel Əlizadə yaxtada istirahətindən görüntülər paylaşdı - VİDEO

  • / Maqazin / — 29 Aprel 2022

    Səmra alt paltarında paylaşım etdi - FOTO

  • / Maqazin / — 26 Aprel 2022

    Damla qırmızı şortikdə poz verdi - FOTO

  • / Maqazin / — 11 Aprel 2022

    Rəqqasə Renka evlənir: “Münasibətimiz ciddidir” - VİDEO

Əməkdar artist prorektoru məhkəməyə verdi: Günahsız hesab edildi - FOTO

Tarix 13.05.22, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal Rayon Məhkəməsində Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Elmira Pənahova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.

APA xəbər verir ki, Elmira Pənahovanı əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq kafedra müdiri Fərhunə Atakişiyeva məhkəməyə verib.

Fərhunə Atakişiyevanın iddiasına görə, Elmira Pənahova çalışdığı akademiyada əməkdaşlarının üzv olduğu “WhatsApp” qrupunda onun şəxsiyyətinə toxunan bir xəbər paylaşıb. Orada onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən rüşvətə görə qovulduğu barədə məlumat verilib.

Xüsusi ittihamçı iddia edib ki, Elmira Pənahova bir neçə il əvvəl təkzib verilmiş xəbəri qrupa qəsdən ataraq onu nüfuzdan salmaq istəyib.

Məhkəmə xüsusi ittihamçının şikayətini icraata qəbul edib. Bir neçə ay davam edən məhkəmə araşdırması nəticəsində ittiham olunan şəxsin günahsız olduğu elan olunub.

Məhkəmə belə qənaətə gəlib ki, sözügedən qrup yazışmasında Fərhunə Atakişiyeva haqqında rüşvətlə bağlı məlumat və onun təkzibi dərc olunub. Yəni həmin qrupda Fərhunə Atakişiyevaya qarşı böhtan xarakterli fikir bildirilməyib.

Hökmə əsasən, Elmira Pənahovanın əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilib.






Xəbərin oxunma sayı : 820

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap