“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb - FOTOLAR

Tarix 01.10.24, 22:16

Font ölçüsü : - / +
bitmap-img6


“Nar” sağlamlıq imkanları məhdud şəxslərə dəstəyini davam etdirərək “Karlara Dəstək” İctimai Birliyi ilə birgə Beynəlxalq Jest Dili həftəsində 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri ilə görüş keçirib. Tədbirdə “Nar”ın dəstəyi ilə hazırlanmış, inklüziv cəmiyyət qurmağa yönələn və beynəlxalq mükafata layiq görülmüş jestdili.az elektron jest dili lüğəti təqdim edilib.

Görüş zamanı nitq və eşitmə məhdudiyyətli şagirdlərlə yanaşı, onların məktəb yoldaşlarının da jestdili.az lüğətindən faydalanaraq bir-biri ilə daha rahat ünsiyyət qurmaları üçün saytın ümumi istifadəsi və rahat axtarış sistemi barədə ətraflı məlumat verilib. Müzakirə formatında keçən görüşdə məktəblilərin sualları cavablandırılıb.
Ölkənin ilk elektron jest dili lüğəti nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. Daim təkmilləşdirilən elektron lüğət hazırda 4000-dən çox sözün və gündəlik həyatda ən çox istifadə edilən 500-dən artıq cümlənin video izahını təqdim edir. Qeyd edək ki, 2023-cü ildə Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA) jestdili.az layihəsini əsas götürərək “Nar”ı ən yaxşı korporativ məsuliyyət kateqoriyasında birinci yerə layiq görüb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir və  son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 









Xəbərin oxunma sayı : 943




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap