![]() |
|














“Nazirin müşaviri Samir Vəliyev mənə dedi ki, 25 min verib bu işi “həll“ edəcək“
Tarix 08.06.21, 18:27 |
|

"Nazirin müşaviri mənə dedi ki, 25 min verib bu işi "həll" edəcək"
"British School in Baku" Tam Orta İnnovasiyalar Məktəbində işdən çıxarılan bədən tərbiyəsi müəllimi Əmrah Abdurrahmanov, Bakı Apellyasiya Məhkəməsinin qərarı olduğu halda ona məktəb tərəfindən kompensasiya ödənilmədiyini iddia edir.
Yeniavaz.com-a müraciət edən Ə. Abdurrahmanov məktəbin idarə heyətinin sədr müavini Samir Vəliyevin ona sözügedən kompensasiyanın heç bir halda ödənilməyəcəyini dediyini iddia edib. Onun sözlərinə görə, müddətsiz müqaviləsinin olmasına baxmayaraq koronavirus pandemiyası zamanı onun işinə xitam verilib:
"2018-ci ildə "British School"da bədən tərbiyəsi müəllimi kimi işə qəbul olunmuşam. İşə qəbul zamanı müqavilə bağlanıb, lakin müqavilə mənə təqdim olunmayıb. Mənə gah müqavilənin bir illik olduğunu, gah da müddətsiz olduğunu bildirirdilər. Mən də elektron hökumət portalından müqvilənin formasına baxdım, müqvilə müddətsiz idi. Əməkhaqqı ilə bağlı müqavilə yenilənsə də, hər iki müqavilə müddətsiz kimi imzalanıb. Məktəb iddia edir ki, bu texniki səhvdir, amma bu səhvin aradan qaldırılması üçün onlar tərəfindən heç bir addım atılmayıb. Məktəbdən dəfələrlə müqaviləni istəsəm də, mənə təqdim olunmayıb.
21 iyul 2020-ci il tarixdə mənim elektron poçt ünvanıma məktəb tərəfindən işimə xitam verilməsinə dair məktub gəlib. Səbəb kimi məktəbin maliyə cəhətdən pandemiyadan təsirlənməsi göstərilirdi. Mən həmin tarixdə məzuniyyətdə idim. Ona görə də məktubdan gec xəbərim oldu. Avqust ayının 18-də məktəbin kadrlar şöbəsi ilə əlaqə saxladım. Kadrlar şöbəsinin rəhbəri Rafiq Qasımov mənə bildirdi ki, müqaviləm həmin tarixdə, yəni avqustun 18-də başa çatır. Mənə bildirdi ki, könüllü şəkildə gəlib işimə xitam verilməsinə dair ərizə yazım, yoxsa əmək kitabçama "fəqli maddələr" düşəcək. Mən də bildirdim ki, müqavilə bitibsə, ərizəyə nə ehtiyac var?
Hal-hazırda kadrlar şöbəsinin rəhbəri, həmin tarixdə isə məktəbin ofis meneceri olan Aygün xanıma yazıb, əmək kitabçamın fotosunu göndərməsini istədim. Əmək kitabçama hansı səbəblə işdən çıxarıldığımın yazıldığını görmək istəyirdim. O isə mənə bildirdi ki, hələ heç nə yazılmayıb, bunun üçün işdən çıxmanızla əlaqədar könüllü ərizə yazmalısınız. Sonra əmək kitabçama işimə xitam verilməsi ilə bağlı qeyd aparılan tarixdə, sentyabr ayının 1-də Aygün xanım yenidən mənimlə əlaqə saxladı və ərizə yazmağım üçün məktəbə yaxınlaşmağımı istədi. Əgər müqavilənin müddəti başa çatıbsa, buna nə ehtiyac var?
Oktyabrın 7-də yenidən Aygün xanım mənimlə əlaqə saxladı və əmək kitabçamın onda olduğunu bildirdi. Halbuki, sentyabrın 1-də işimə xitam verilib.
Əmək kitabçamı götürüb əssassız yerə işdən çıxarılmağım, 2020-ci ilin may-iyun aylarında əməkhaqqının ödənilməsində yaranan kəsinti, həmin yay məzuniyyət pulumun düzgün hesablanmaması və dəymiş zərərə görə maddi təzminatın ödənilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. May-iyun aylarında əməkhaqqımdan kəsilən məbləğlər məhkəmə davam edərkən mənə ödənildi.
Noyabrın 23-də məhkəmə qərar çıxardı. Məktəbin mənə qalan ödənişləri ödəməsi ilə bağlı qərar elan olunsa da, yenidən işə götürülməyim və təzminatla bağlı tələblərim qəbul edilmədi. Buna əsas kimi isə müqaviləmin müddətli olduğu göstərildi.
Halbuki, müqavilənin müddətsiz olmasına dair əlimdə sübutlar, yəni müqavilənin surəti mövcuddur.
Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı R. Qasımov bildirdi ki, məktəbin bütün müəllimlərinin müqaviləsi müddətlidir, sadəcə mənim müqaviləmdə belə bir texniki xəta baş verib. Mən isə ona, müqaviləsi müddətsiz olan bir neçə müəllim yoldaşımın olduğunu bildirdim. Məhkəmə sədri əməkdaşlarla bağlanmış müqavilələrin məhkəməyə təqdim olunmasını istəsə də, məktəb müqavilələri məhkəməyə gətirmədi.
Məhkəmə bizə qarşılıqlı razılaşmağımız üçün müddət verdi. Mən də qarşı tərəfə bildirdim ki, iki maaş kompensasiya ödəyin, prosesi sonlandıraq. Məktəbdən bildirdilər ki, mümkün deyil, bir maaş ödəyərik. Mən də bildirdim ki, mümkün deyilsə, qərarı məhkəmə versin. Məhkəmə bu il mart ayının 16-da mənim xeyrimə qərar çıxardı. Qərarda işə bərpa olunmağım və dəymiş zərərin təzminat kimi ödənilməsi göstərilirdi.
Bu qərardan sonra məktəbin İdarə heyətinin sədri Əhməd Vəliyevin müavini və oğlu, həmçinin, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri Samir Vəliyev məni görüşə çağırdı. Həmin müddətə qədər ona dəfələrlə müraciət etsəm də, heç birinə reaksiya verilməmişdi. Səmimi söhbət etdik və mənə bildirdi ki, ödənişlərlə bağlı hesablanma aparıldıqdan sonra yenidən görüş üçün vaxt təyin edəcəklər. Razılaşdıq.
Növbəti görüş zamanı, təxminən may ayının 5-də S. Vəliyev bildirdi ki, sənə iki maaş ödəyək, barışıq məktubu yaz və bütün iddiaları geri götür. Mən razılaşmadım və bildirdim ki, məhkəmənin qərarı var. Bildirdi ki, bu, məsələ ilə bağlı son görüşdür və iki maaşdan iki manat da əlavə ödəniş edilməsi mümkün deyil. Dedi ki, qəbul edirsinizsə budur, qəbul etmirsinizsə Əhməd müəllim (Əhməd Vəliyev) öz variantları ilə həll edər. Çıxanda görüşə birgə getdiyim dostumla məsləhətləşdim və qərara gəldik ki, 3 min manat ödənilərsə, məsələni bağlayarıq. Təklifi R. Qasımova bildirdim, o isə dedi ki, mümkün deyil.
May ayının 18-də məktəbdən əlaqə saxladılar və S. Vəliyevin görüşmək istədiyini bildirdilər. Görüş zamanı istəyimi soruşdu. Mən də bildirdim ki, təxmini zərərin yarısını – 5 min manat ödəyin, iddiaları geri götürüm. Mən istəyimi bildirdikdən sonra S. Vəliyev ayağa qalxdı və bu sözləri dedi:
"Artıq mən prinsipə düşdüm. Mən 5 minin üstünə 20 min də qoyub bu işi "həll edəcəyəm", sənə pul verməyəcəyəm".
Sağollaşdıq və çıxdım. Onunla da söhbət başa çatdı.
Bir neçə gün öncə qərarın icrası prosesi ilə bağlı apellyasiya məhkəməsinə müraciət etdim. Bildirildi ki, qarşı tərəf Ali məhkəməyə müraciət edib".
Ə. Abdurrahmanovun iddiaları ilə bağlı "British School in Baku" ilə əlaqə saxladıq. Samir Vəliyevlə əlaqə saxlamaq istədiyimizi bildirsək də, bizi məktəbin direktor müavini Rafiq Yusifzadə ilə əlaqələndirdilər. Müraciətimizlə bağlı məlumat verib Samir Vəliyevlə əlaqə saxlamaq istəyimizi ona da çatdırdıq. O isə növbəti gün əlaqə saxlamağımızı istədi. Növbəti gün isə etdiyimiz zənglər cavabsız qaldı.
Qeyd edək ki, Samir Vəliyevin 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin olunması ilə bağlı mətbuatda kifayət qədər məlumat dərc olunub. O daha əvvəl isə sabiq təhsil naziri Mikayıl Cabbarovun müşavirliyini icra edib.







Xəbərin oxunma sayı : 595
Sosial
Xəbərlər
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV