“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Putin müəyyən şərtlər daxilində atəşkəsə hazırdır“ - Hakan Fidan

Tarix 30.11.25, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


"Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Welt am Sonntag" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müzakirə edilən sülh sazişi təkcə Ukraynadakı müharibəni başa çatdırmaq üçün deyil, həm də bütün Avropada davamlı sabitlik baxımından önəmlidir:

"Rusiya və Ukrayna hökumətlərinin sülh sazişi üçün istəklərinin getdikcə artdığını müşahidə edirəm. Bu müharibə Rusiyaya iqtisadi və sosial baxımdan zərər verir. Sülh sazişi əldə olunarsa, bölgədə 70 il, bəlkə də daha çox müddətə sülh təsis edilə bilər".

Fidan xatırladıb ki, Türkiyə Suriya və Liviyada Rusiya ilə birbaşa üz-üzə gəlib:

"Bu baxımdan Avropa ölkələri ilə Rusiya tərəfindən hibrid hücumlar kimi bir çox oxşar təcrübələr yaşadıq. Lakin Avropadan fərqli olaraq Rusiya ilə dialoqu heç vaxt dayandırmadıq".



Xəbərin oxunma sayı : 742




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap