Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ”ın 42 milyonluq rəqibi: Əslən naxçıvanlı prezident, 33 çempionluq, 24 kubok - FOTO

Tarix 28.07.22, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

AzFakt.com klubla bağlı maraqlı məlumatları təqdim edir. 

“Ferentsvaroş” 1899-cu ildə təsis edilib. Klub bu illər ərzində 33 dəfə Macarıstan çempionu, 24 dəfə Macarıstan kubokunun sahibi olub. 

Macarıstan təmsilçisi 1965-ci ildə Yarmarkalar Kubokunun (UEFA Kuboku və Avropa Liqasının sələfi) finalında “Yuventus”a qalib gələrək çempion olub.

Klub ev oyunlarını 22 min tamaşaçı tutumuna malik “Groupama Arena”da keçirir.

2011-ci ildə Macarıstan Milli Assambleyasının üzvü Qabor Qubadov “Ferentsvaroş”un prezidenti təyin edilib. 56 yaşlı Q.Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.

Hazırda “Ferentsvaroş”un nüfuzlu “Transfermarkt” portalındakı ümumi dəyəri 42,45 milyon avro göstərilib. (oxu.az)



Xəbərin oxunma sayı : 1216




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap