Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 30 May 2023

    Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO

  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

“Qaraja daxil olmağa hazırlaşanda...“ - Fazil Mustafadan terror aktı ilə bağlı ilk açıqlama

Tarix 29.03.23, 9:52

Font ölçüsü : - / +
bitmap-img6


Millət vəkili Fazil Mustafa dünən ona qarşı baş verən hücumun detalları ilə bağlı ilk açıqlama verib.

AzFakt.com xəbər verir ki, “haqqın.az”-a danışan millət vəkili hadisənin gözlənilmədən baş verdiyini və möcüzə nəticəsində sağ qaldığını bildirib:

“Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i sındı. Çiynimdə dəhşətli ağrı hiss etdim. Ağrılardan sonra atəş açıldığını anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Atışma səsinə evdəkilər çıxdılar. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, qapını bağlayaraq təcili yardıma və hüquq-mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Ardını xatırlamıram. Özüm də necə xilas olduğumu anlamıram. Allah saxladı, möcüzə baş verdi...”



Xəbərin oxunma sayı : 460

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap