“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Qəzza İsrail və HAMAS arasında bölünə bilər“ - “Reuters“

Tarix 11.11.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Qəzzanın iki hissəyə-biri HAMAS, digəri isə İsrail tərəfindən idarə olunan bölgələrə bölünməsi ehtimalı artır.

APA xəbər verir ki, bu barədə “Reuters“ə adı açıqlanmayan bir sıra mənbələr məlumat verib.

Mənbələr bu ehtimalın artmasını ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən sülh planının icrası ilə bağlı səylərin zəifləməsi ilə əlaqələndirib.

“Reuters“ə danışan 6 avropalı diplomatik mənbə Trampın sülh planının atəşkəsdən sonrakı mərhələsinin icrasının faktiki olaraq dayandırıldığını bildirib. Qəzzada yenidənqurma işlərinin İsrail tərəfindən idarə olunacaq hissə daxilində məhdudlaşacağını iddia edilib.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib.

Planın əsir və girovların mübadiləsindən sonrakı mərhələsinin icarı-HAMAS-ın silahsızlaşdırılması və Qəzzanın demilitarizasiyası isə hələ də baş verməyib.

İsrailin Baş naziri Benyamin Netanyahu sözügedən proseslərin ya xoşluqla, ya da güc yolu ilə baş verəcəyi barədə xəbərdarlıq edib.



Xəbərin oxunma sayı : 823




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap