Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli
Axtar
 
  • / Maqazin / — 29 Noyabr 2021

    Nigar Camaldan heyranedici hərəkətlər - VİDEO

  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

İran ordumuza dəstək vermiş güneyli soydaşlarımızı cəzalandırdı - 180 ay həbs, 888 qamçı

Tarix 11.10.21, 10:46

Font ölçüsü : - / +
bitmap-img6


Onlar ikinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardımlarına etiraz etmişdilər.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Cinral parkında aksiya keçirən 12 ərdəbilli fəall barəsində qərar çıxarılıb.

Qaynarinfo xəbər verir ki, oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci bölməsinin başçısı Tahir Rəsulinin çıxardığı qərara görə, fəallar ümumilikdə 180 ay həbs, 888 qamçı cəzasına məhkum ediliblər. 

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd Colani, Sobhan Bəkhşi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən ittiham olunublar.

Fəallar "hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, "ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Bununla yanaşı, məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.

Eyni halda İran İslam Respublikasının Cinayət Məcəlləsinin 448 və 449-cu maddələrinə və Cinayət Prosessual Məcəlləsinin 427-ci maddəsinə əsasən, Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.

Qeyd edək ki, yuxarıda adı sadalanan Güney Azərbaycan fəalları sentyabrın 28-də Ərdəbilin Ciral parkında Qarabağın azadlığı üçün hərbi əməliyyatlar aparan Azərbaycan Ordusuna dəstək verdiklərinə görə İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. 

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilmiş və mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

İran rejiminin təhlükəsizlik qüvvələrinin fəalları fiziki zor tətbiq etməklə həbs etməsi və onlarla xoşagəlməyən tərzdə davranması həm güney azərbaycanlıların, həm də bir sıra insan haqları təşkilatlarının kəskin etirazlarına səbəb olmuşdu. "Amnesty İnternational" yaydığı bəyanatda İran rejimindən son aksiyalarda tutulanların hamısının dərhal və qeyd-şərtsiz azad etməsini tələb etmişdi. 
 
Mənbə:  gunaz.tv



Xəbərin oxunma sayı : 1141

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap