“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ərdoğan Baydenlə görüşü başa çatıb – VİDEO

Tarix 29.06.22, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş başa çatıb. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib. Ərdoğan uzun fasilədən sonra yenidən ABŞ prezidentilə görüşməkdən məmnun olduğunu bildirib.

Bayden isə öz növbəsində taxıl dəhlizinin formalaşdırılması istiqamətində, eləcə də İsveç və Finlandiyanın NATO üzvlüyünə yol açdığı üçün Türkiyə dövlət başçısına təşəkkür edib. 



"NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək" - deyə, Ərdoğan Baydenlə görüşündə deyib.

Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Cozef Bayden, öz növbəsində, Türkiyə Prezidentinə Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq başa çatıb. Görüş 1 saat 10 dəqiqə davam edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlə bağlı iyunun 30-da mətbuat konfransı keçirəcək.

***

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb.

Görüş NATO-nun Madriddəki sammiti çərçivəsində baş tutub.








Xəbərin oxunma sayı : 931




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap