Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO Səmarının Dubay tətili - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 25 İyun 2022

    Səmra hovuzdan görüntülərini paylaşdı – VİDEO

  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

“Rəisimiz başa saldı ki, ailədaxili söz-söhbətlər olur...“ - Arvadını güllələyən serjantın məhkəməsi

Tarix 22.02.22, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyev ifadə verib.

O, ailədaxili problemlərdən xəbərdar olmadığını bildirib: "Mənə bir dəfə zəng elədi ki, qardaş gəl məni apar, özümü öldürəcəyəm, bu adamla yaşaya bilmərəm. Dubinka və təpiklə döymüşdü. Mən bunların sonunu yaxşı görmürdüm. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Sentyabrın 30-da bacımın qətlə yetirildiyini bildim, həmin gün də rayondaydım. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlardan heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. Məhkəmədən ona ömürlük həbs verilməsini xahiş edirəm".

Mərhumun bibisi Gülxanım Yolçuyeva deyib ki, Xanım Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub: "Həmin gün Xanım taksi sürücüsündən bibisigilə aparılmasını xahiş edib. Ancaq sürücü onu götürmək istəməyib. Çünki Xanım çox pis vəziyyətdə olub. Mənə İsmayılın onu nəyə görə döydüyünü danışdı. Səhər polis şöbəsində təhqiqatçının yanında olduq, hadisəni danışdıq. Sənədlər ekspertizaya getmək üçün hazırlandı. İsmayıl içəri daxil oldu, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi".
ƏTRAFLI
Espumisan C

Nizami Rayon Polis İdarəsi 24-cu Polis Bölməsinin sahə inspektoru Ramin Hacıyev vurğulayıb ki, mərhum Xanım Məmmədovada 102 Zəng Xidmətinə döyülmə ilə bağlı sorğu gəldi: "Biz də onun yaşadığı ünvana getdik, amma qapını açan olmadı. Biz Xanım Məmmədova ilə əlaqə saxladıq, bibisigildə olduğunu dedi. Səhər təhqiqatçı Füzuli Qurbanovun otağına yola saldım. İsmayılın onun həyat yoldaşı olduğunu bilmirdim".

Təhqiqatçı Füzuli Qurbanov qeyd edib ki, həmin gün polis bölməsində təhqiqatçı köməkçisi olub: "Xanım Məmmədovanın şikayətini idarə rəhbərliyinə məruzə etdik. Çünki mərhumun həyat yoldaşı polis nəfəri idi. Rəisimiz də başa saldı ki, ailədaxili söz-söhbətlər olur. İsmayıl Məmmədov xidməti otağa dəvət olunmamışdı. Otağa daxil oldu, uşaqlarla görüşüb çıxacağını bildiridi. Daha sonra uşaqlarla görüşdü, anidən mərhumu qətlə yetirdi. Xanım Məmmədovaya 2 və ya 3 güllə dəydiyini yəqin etdim. Mən onun qolundan tutanda atəş açırdı. Sonra özünü də öldürmək istədiyini dedi".

Məhkəmənin növbəti baxış iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.



Xəbərin oxunma sayı : 559

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap