“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Rus Evi”nin üzərindəki yazı ilə bağlı tədbir görüləcək - Rəsmi

Tarix 04.02.25, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək.

AzFakt.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ADRA-dan bildirilib.

Qeyd olunub ki, “Reklam haqqında” qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 7.1-1-ci maddələrinə görə reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.
Məlumata görə, reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.
Agentlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.2-3.5-ci bəndlərinə əsasən Dövlət Reklam Agentliyi açıq məkanda icazə əsasında yayımlanan və yerləşdirilməsinə icazə alınması tələb olunmayan reklamlarda “Reklam haqqında” qanunun və digər qanunvericilik aktlarının pozulması hallarını aşkar etdikdə, eləcə də icazəsiz və yayım haqqını vaxtında ödəmədən reklam yayımı hallarını müəyyənləşdirdikdə, pozuntu halları təsvir olunmaqla, müvafiq akt tərtib edir və həmin pozuntuların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş verir.
“Sözügedən yazılı göstərişdə nəzərdə tutulan tələblər yerinə yetirilmədikdə, qanunvericilik aktlarının müddəaları pozulmaqla yayımlanan reklamın yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür.
Bununla yanaşı, adıçəkilən Qaydanın 3.7-ci bəndinə əsasən Dövlət Reklam Agentliyi reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir.

Qeyd olunan faktla bağlı aidiyyəti qanunvericilik aktları ilə Agentliyə verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 793




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap