“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Rusiya sülhməramlıları qarabağda qalacaq“ - Rusiya XİN

Tarix 09.10.23, 12:48

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac var və gələcəkdə də eynilə ehtiyac olacaq. Bu barədə RBK-ya Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə görə, bu, "Qarabağın orada qalan sakinlərinin özlərini rahat hiss etməsi üçün" lazımdır. "Qarabağdan gedənlərdən kimlərinsə müəyyən mərhələdə qayıtmaq qərarına gələ biləcəyi istisna deyil. Sülhməramlıların mövcudluğu onlar üçün əlavə rahatlıq amili olacaq", deyə o bildirib.

Sülhməramlıların gələcəkdə bölgədə qalması məsələsi Moskva və Bakı arasında müzakirə və həll olunacaq, deyən Qaluzin sülhməramlıların Bakı və Xankəndi arasında əlaqələri də həyata keçirdiyini qeyd edib. "Qarabağın gələcək inkişafı ilə bağlı çox mürəkkəb məsələlər kompleksi də Qarabağ ermənilərinin nümayəndələri və Azərbaycan hakimiyyəti arasında Rusiya sülhməramlılarının yardımı ilə həll olunur", deyə nazir müavini bildirib.

Xatırladaq ki, Bakı, Yerevan və Moskvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağda və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Oraya atıcı silahla silahlanmış 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi və 380 ədəd avtomobil və xüsusi texnika göndərilib. Onların yerləşməsi müddəti 5 ildir (2025-ci ilə qədər); münaqişə tərəflərindən heç biri sülhməramlıların regiondan çıxarılmasını tələb etməsə, bu müddət avtomatik olaraq uzadılacaq.

Sülhməramlılar Qarabağda 31 post qurublar. 19 sentyabr 2023-cü il tarixində bir günlük müharibədən və ermənilərin böyük hissəsi Qarabağı tərk etdikdən sonra sülhməramlılar yeddi postu ləğv edib. /"Turan"



Xəbərin oxunma sayı : 1147




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap