“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsrail atəşkəs haqqında sazişin imzalandığını təsdiqlədi - Təfərrüatlar açıqlanıb

Tarix 17.01.25, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazir Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin "HƏMAS” hərəkatı, ABŞ və Qətər arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

"Report” xəbər verir ki, bu barədə "The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.

Qeyd olunub ki, sazişin təsdiqi üçün təhlükəsizlik nazirləri kabineti, daha sonra isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Əldə edilən saziş üç mərhələdə həyata keçiriləcək. Razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalını və cənubunu birləşdirən Netsarim dəhlizindən və sərhəddən təxminən 700 metr məsafədə yerləşən anklavın bütün məskunlaşdığı ərazilərdən qoşunlarını çıxaracaq. Yalnız məsafənin 400 metr olacağı beş konkret sahə istisna olmaqla.

İsrail ordusu da Filadelfiya dəhlizindəki mövcudluğunu azaldacaq və sonra ilk 50 gün ərzində onu tamamilə tərk edəcək. Təl-Əviv razılaşmanın qüvvəyə minməsindən bir həftə sonra Rəfah sərhəd keçid məntəqəsini açmağa razılaşıb və sazişə ilk mərhələdə vasitəçilərin nəzarəti altında humanitar yardımla bağlı protokol daxil olacaq.

İsrailin dərhal keçiddən humanitar yardım daşımağa başlaması üçün hazırlıqlara başlaması gözlənilir.



Xəbərin oxunma sayı : 1090




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap