![]() |
|














“Tariyel müəllimə zəng edib dedim ki, məndə hamamda çəkilmiş fotoları var“ - Məhkəmə
Tarix 26.11.22, 19:49 |
|

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Ötən prosesdə təqsirləndirilən Elnur Eldarov ifadə verib.
O bildirib ki, 2011-ci ildən yaşadığı Quba rayonunun Çiçi kəndində kafe işlədir və həmin kafeyə gələn bütün həmkəndlilləri ilə münasibətləri yaranıb. Onun sözlərinə görə, həmin kənddə yaşayan Ümman və İlqar qardaşlarını da uzun müddətdir tanıyır.
Təqsirləndirilən şəxs qeyd edib ki, eyni kənddə yaşayan Natiq Nuriyev də onun kafesinə 2021-ci ilin yaz-yay aylarında tez-tez gəlib: “Natiq kafedə əsasən pivə içkisi sifariş verirdi. 2021-ci ilin iyul ayında Natiqin kafeyə 86 manat borcu yaranmışdı. İyul ayında özümə məxsus tarktorun təmiri üçün “Accesbank”dan 4 min manat kredit götürdüm. Pulu götürməzdən əvvəl bankdan kafeyə baxışa gələndə Natiqin də xəbəri oldu. Bir neçə gündən sonra bankdan pulu götürəndə Natiq xahiş etdi ki, ona 200 manat borc verim. Natiqə 200 manat borc verdim. O da ən geci bir həfətəyə borcunu qaytarcağına söz verdi. Lakin bir həftədən sonra Natiqin telefonlarına zəng çatmadı. Onu təxminən 2 ay tapa bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Ümmandan 8 min manat borc istəyib. Onun sözlərinə görə, Ümman da ona pul gəlməli olduğunu deyib və pul gələndə ona borc verəcəyini deyib.
Elnur Eldarov deyib ki, 2021-ci ilin dekabrın ortalarında Ümmanın təklifi ilə Bakı şəhərinə gəlib: “Həmin vaxt Ümmanın Zabrat qəsəbəsindəki kirayə götürdüyü evdə bir-iki gün yaşadım. Orada Natiq də olub. Ümman bir hamama fitəçi kimi işə dizəlməyimizi və “Atilla” hamamına müraciət etməyimizi təklif etdi. Razılaşdıq, həmin hamama gəldik. Hamamda fitəçi kimi işlədik, orada da yaşadıq”.
Elnur Eldarov bildirib ki, 2021-ci ilin dekabrın 18-də Natiq anasının vəziyyətinin pis olduğunu hamamın rəhbərliyinə bildirib və oradan gedib. Təqsirləndirilən şəxs qeyd edib ki, hamamdan oğurluq edib. Onun sözlərinə görə, hamamdan 1718 manat, markasını xatırlamadığı telefonu götürüb və sonra hamamı tərk edib: “Hamamdan oğurladığım pulu gündəlik təlabatlarımı ödəmək üçün xərclədim. Telefonu isə Xaçmaz rayonu ərazisində təxminən bir ay sonra tanımadığım şəxsə satdım”.
Elnur Eldarov ifadəsində Tariyel Qurbanovu tanımadığını, ondan hədə-qorxu yolu ilə pul tələb etmədiyini deyib. O bildirib ki, Ümman Əliyevin də ondan pul tələb etməsi və almasından xəbəri olmayıb. O, əməlindən peşman olduğunu söyləyib.
Digər təqsirləndirilən Ələkbər Nuriyev bildirib ki, əvvəllər Cinayət Məcəlləsinin 234-cü(narkotikdən istifadə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Hazırda ailəli olduğunu söyləyən təqsirləndirilən şəxs ona qarşı verilən ittihamla razılı deyil. O qeyd edib ki, kənddə iş olmadığı üçün Bakı şəhərinə gəliblər və paytaxtda nüxtəlif yerlərdə işləyiblər.
Ələkbər Nuriyev deyib ki, Ümmandan borc pul istəyib: “Ümman ona pul göndəriləcəyini, həmin puldan mənə verəcəyini bildirdi. Amma pulun kimdən gələcəyini bilmədim”.
Daha sonra təqsirləndirilən Sahilə Məmmədova ifadə verib. O bildirib ki, bacısı Lyudmila, oğlu Allahverdi və bacısının qeyri-rəsmi münasibətdə yaşadığı Natiq Nuriyev ilə birlikdə yaşayıb. Onun sözlərinə görə, 2022-ci ilin yanvarında Lyudmila Natiqlə birgə onun yaşadığı ünvana qonaq gəlib və onun təkidi ilə birgə yaşamağa başlayıblar: “Onlara bildirdim ki, Natiq də özünə iş tapar və birlikdə yaşamaq çətin olmaz. Lakin Natiq iş tapmaqda çətinlik çəkdi. Buna görə də maddi çəhətdən sıxıntılar yaşadıq. Natiq birgə yaşamağa başladığımız yanvar ayından gah gündəlik iş taparaq işləyib, gah da günlərlə işsiz qalıb. Birgə yaşadığımız vaxt təxminən fevral ayında Natiq mənə bildirdi ki, Tariyel adlı imkanlı şəxs var, əvvəllər Ümman və İlqar adlı şəxslər ona hədə-qorxu gəliblər, pul alıblar.
Natiqini deməsinə görə, həmin şəxsin Ümman və İlqar qardaşlarında hamamda çəkilmiş şəkil və videoları var. Bu şəkil və videoları yayacağı ilə hədələyərək həmin şəxsdən pul alıblar. Natiq təklif edirdi ki, həmin şəxsə zəng edək, yalandan şəkil və videolarının bizdə olmasını bildirərək, 3-5 min manat alaq”.
Sahilə Məmmədova qeyd edib ki, günlər keçidikcə işləri yaxşı getməyib, üstəlik , oğlu Allahverdi də xəstələndiyindən dərmanların alınması üçün 200-300 manat lazım olub: “Eyni zamanda, evin kirayə pulunu da artıq 3 ay olardı ki, verə bilmirdik. Bir tərəfdən də Natiq iş tapa bilmirdi, ciddi maddi sıxıntılar yarandı. Natiq hər gün israr edirdi ki, həmin imkanlı şəxsə zəng edib, ondan pul istəyək. Fevralın 25-də yenə də ev sahibi zəng etdi, kirayə pulunu istədi. Natiq həmin gün yenidən imkanlı şəxsə zəng edib, pul almağı təklif edən zaman onun bu təklifini qəbul etməyə qərar verdim. Razılaşandan sonra Natiq məni öyrətdi ki, həmin şəxsə zəng edib, Ümmanın sevgilisi olduğumu, ona aid şəkil və videoların məndə olduğunu bildirim, şəkilləri yaymamaq üçün pul istəyim. Evdə bacımın telefonunu aldım, Tariyel müəllimin votsap proqramına səs atdım. Həmin səs yazısında bu sözləri dedim: "Salam, Tariyel müəllim, mən Ümmanın sevgilisiyəm, Ümmanın sizin şəkil və videolarınızın olduğu telefonu məndədir, uşağıma görə mənə pul lazımdır, əgər mənə həmin pulu versəniz, həmin şəkil və video olan telefonu tualetə atacam". Lakin Tariyel müəllim həmin səsə qulaq asdıqdan sonra nömrəni “qara siyahıya” atdı. Onunla bir daha əlaqə saxlaya blimədim. Bacım həmin vaxt yatdığı üçün bu söhbətlərdən xəbəri olmayıb”.
Sahilə Məmmədova qeyd edib ki, fevral ayında Natiqdən onunla Ümmanın Tariyel adlı şəxslə danışmasını, Ümmanın ayağının sınması barədə yalan məlumat verib, müalicəsi üçün pul istədiklərini eşidib.
İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.
Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
Xəbərin oxunma sayı : 622
loading...
Hadisə
Xəbərlər
-
“Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar” - Əhməd İsmayılov
-
Son sutkada 3 nəfər COVID-19-a yoluxub - Ölən yoxdur
-
“İran polisi səfirliyə hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib“ - Azərbaycan XİN
-
Azərbaycandan xaricə ən çox məhsul satan 10 şəxs - Siyahı
-
Putin riskli qərarlar qəbul etməkdən çəkinir - ISW
-
Daha 8 qazimiz Vətənə qayıdıb - SİYAHI
-
İlham Əliyev Ərdoğana zəng etdi - Humanitar yardım göndəriləcək
-
Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb - Ərdoğan açıqladı
-
Pirşağının açınacaqlı vəziyyəti – Sakinlərdən prezidentə müraciət…
-
Nazir bu xanımı yüksək vəzifəyə təyin etdi - FOTO
-
“Zəlzələ nəticəsində 3 hərbçimiz şəhid olub, yaralılar var” - Hulusi Akar
-
Şanlıurfada salamat görünən yaşayış binasının çökmə anı - VİDEO
-
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq - Xəbərdarlıq
-
“Naxçıvanbank”da daha bir dəyişiklik – Səhmdarların sayı azaldı
-
Ərdoğan AFAD-ın qərargahına gedib - Zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək
-
Uyğurların taleyi puldan üstün – “The Hill”
-
Mehriban Əliyeva Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib - FOTO
-
Jurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilər - Əhməd İsmayılov
-
Türkiyədə ölənlərin sayı 284-ə çatdı, 1710 bina dağılıb - CANLI YAYIM
-
“Azərenerji”nin 4,2 milyonluq tenderini Baba Rzayevin qohumlarına bağlı şirkət uddu – Faktlar
-
Muxtar Babayev xidmət rəisini işdən çıxardı - FOTO
-
İlham Əliyevdən Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı paylaşım - FOTO
-
Cəbrayıl rayonunun Mahmudlu kəndi - FOTO
-
Türkiyədə dağıntılar altında qalan uşaqların xilas edilməsinin görüntüləri - VİDEO
-
FHN-in xilasetmə qüvvələri Türkiyəyə göndərilir - Prezident tapşırıq
-
Adanadakı zəlzələdə dağıntılar altında qalanlar kömək istəyirlər - VİDEO
-
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
-
“Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır“ - KİV
-
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
-
Türkiyədə 7,4 bal gücündə zəlzələ - Xeyli sayda ölü və yaralı var
-
Laçın- Xankəndi yolu: Ekoaksiya 57 gündür davam edir
-
Məşhur model çılpaq görüntülərini paylaşdı - FOTO
-
Zaqatalanın qazsız kəndlərinin çətinlikləri - VİDEO
-
İsrail Kiyevə raket və PUA-lara qarşı ilkin xəbərdarlıq sistemləri verəcək - Ukrayna MN
-
Sumqayıtda dəhşət: Əri ölən qadın qonşuların oğlanları ilə... - Şok təfərrüat
-
Kərə yağı bahalaşdı - VİDEO
-
“Vəziyyət gərginləşir” - Zelenski
-
“40 manata da arayış olar?” - ARAŞDIRMA
-
Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub - FOTOLAR
-
Ramiz Mehdiyev 16 min manat cərimələndi - SƏBƏB
-
17 yaşlı oğlan özündən kiçik qızla görüşdü: “Evdə heç kəs yox idi...“ - ŞOK CİNAYƏT
-
Vergi tələbindən sonra vətəndaşlar banklardakı əmanətlərini çəkəcəklər? - ARAŞDIRMA
-
Molla rejimi tarixi binaları sökür - FOTO
-
“Ötən il Rusiya ilə Ukrayna arasında danışıqlar Qərb tərəfindən dayandırılıb” - İsrailin sabiq baş naziri
-
Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib - FOTO
-
Abşeronda yeni doğulan körpəsini asfaltın üstünə atan ana necə ələ keçdi? - TƏFƏRRÜAT
-
Turizm zonalarını çirkləndirənlər cərimələndi - FOTO
-
İranda kəşfiyyat polisinin rəisi inqilabçılar tərəfindən öldürüldü - FOTO
-
Azərbaycanda son sutkada 18 nəfər koronavirusa yoluxub -1 nəfər vəfat edib
-
PSJ rəsmisi Messi ilə bağlı vəziyyəti açıqladı: “Müqavilə imzalasa...“
-
Özünü aldatma yoxsa, psixoloji problem: Özündən başqa hamıya oxşayanlar - FOTO
-
“Tanklardan Rusiyaya hücum etmək üçün istifadə edilməyəcək“ - Şolz
-
Suriyada minaya düşən, Türkiyədə İŞİD-çi kimi tutulub bəraət alan azərbaycanlı…
-
Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq
-
Azərbaycanlı gənc 145 min manatlıq təqaüdü necə alıb? - FOTOLAR
-
“Yunanıstan illüziyalar aləmində yaşayır” - Türkiyənin müdafiə naziri
-
Bakıda külək əsəcək, dağlıq rayonlara qar yağacaq - Sabahın havası
-
“İranla nüvə sazişi üzrə razılığa gəlmək çətindir” - Borel
-
Saxta və keyfiyyətsiz dərmanlar ölkəyə necə gəlir? - ARAŞDIRMA
-
“Bığ saxlamaq istəyirdim, yoldaşım icazə vermədi” - Nazir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
“İsrailin Ukraynaya silah tədarükü məsələsi araşdırılır” - Benyamin Netanyahu
-
Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır
-
Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq?
-
Bu şəxslər də ölkəyə keçə bilər - Naxçıvan sərhədində yenilik
-
Sumqayıtda vəkil özünü asdı – FOTO
-
Peyvənd xofu nədən qaynaqlanır? - SƏBƏBLƏR
-
Azərbaycan – Rumıniya əməkdaşlığı Avropa ilə münasibələrimizə böyük töhfələr verir
-
“Ermənistan verilən fürsətdən istifadə etməlidir” - Hulusi Akar
-
Sosial şəbəkələrdə İrana işləyənlər - VİDEO
-
ABŞ Çinin hava şarını vurdu - VİDEO
-
“Subay vaxtı səhnə daha maraqlı olur“ - Xatirə
-
Azərbaycan cüdoçusu qızıI medal qazandı - Böyük Dəbilqə
-
Masazır qəsəbəsində yol problemi: Seçicilərinin səsinə hay verməyən deputat - FOTO
-
Sərnişin siqaret çəkdi, cərimə sürücüyə yazıldı - VİDEO
-
Bunu edən sürücülər 40 AZN cərimələnirlər - VİDEO
-
Lənkəran sakinləri bu şirkətə görə etiraz aksiyası keçirdilər - FOTO
-
“İsveç minaları bilərəkdən tapdalayır” - Mövlud Çavuşoğlu
-
ABŞ Çinə sanksiya tətbiq edəcək - İrana görə
-
“2024-cü ildə Azərbaycandan təbii qaz alacağımıza ümid edirik” - Serbiyalı nazir
-
Azərbaycanda ən çox ziyarət olunan dövlət saytları açıqlanıb - FOTO
-
Rusiyanı 1 milyona yaxın adam tərk edib – Gürcüstanda 100 min nəfərdən çox rusiyalı var
-
“Kral“ şirkəti doğrudan da halal məhsul buraxırsa, normal monitorinqə şərait yaratsın“ - İLGİNC AÇIQLAMA
-
Azərbaycanda daha 22 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO
-
İran əngəl törədir ancaq, Zəngəzur dəhlizi açılacaq - Türkiyəli deputat
-
Medvedev Kiyevə xəbərdarlıq etdi: “Krıma zərbələr endirilərsə, bütün Ukraynadan qisas alınacaq”
-
Arabir yağış yağacaq – Sabahın havası
-
İran Azərbaycanda casus şəbəkəsini necə yaradıb? - Faktlar açıqlandı
-
Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb - VİDEO
-
Pensiyaların artması üçün yenilik edilir - Qanuna dəyişiklik - FOTO
-
“Ən-Nəsr”in baş məşqçisi: “Klub bütünlüklə Ronaldudan asılı deyil”
-
Göyçayda narkotikə görə üç nəfər saxlanılıb - VİDEO
-
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi: Yeni cərimələr müəyyənləşdi
-
Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
-
Sumqayıtda bəzi avtobuslarda gediş haqqı 20 qəpik qalxdı - Süni qiymət artıranlara xəbərdarlıq
-
Rusiya Mariupola qoşun yerləşdirir - Onminlərlə hərbçidən ibarət “canlı qalxan” yaradır
-
Xarici səyyahlar Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar - FOTOLAR
-
Sabunçuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb - FOTO/VİDEO
-
“Rusiya nüvə silahından istifadə edə bilər“ - Medvedev
-
“Instagram” “Twitter” funksiyası əldə edir - FOTO
-
Yoxa çıxan soğan: Problemin həlli nədir?
-
Xəbəri olmadan 2 nəfər evinə qeydiyyata düşdü - VİDEO
-
Sərnişinlərin ödənişindən 5% tutan şirkətin ünvanı Vüsal Kərimlinin evidir? – VİDEO
-
“Hakimiyyəti Bəxtiyar Hacıyevi dərhal həbsdən azad etməyə çağırıram“ - Dunya Miyatoviç
-
Azərbaycan Ordusunda atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib - VİDEO
-
Bu teatrın direktorunun vəzifəsinə xitam verildi - FOTO
-
“Rusiyanın Ukraynadakı döyüş effektivliyi xeyli aşağı düşüb” - ABŞ İnstitutu
-
Zibil atarkən ehtiyatlı olun: Cərimələnə bilərsiniz
-
Xankəndi-Laçın yolundakı aksiyanın 55-ci günü - Ekofəallar etirazlarını davam etdirir
-
Ebru Gündeş özündən 19 yaş kiçik sevgilisi ilə barışdı - FOTO
-
Bakıda ustanın başını kəsib soyuducuya qoydular: Qandonduran qətlin TƏFƏRRÜATLARI
-
Ölkədəki dərman qıtlığının səbəbi nədir? - VİDEO
-
Xırdalan sakinlərinin üfunət içində yaşamasının səbəbi nədir? - VİDEO
-
Şadlıq saraylarında qiymətlər bahalaşdı - SƏBƏB + VİDEO
-
ABŞ Ukraynaya uzaqmənzilli raketlər göndərir - Pentaqon 2 milyardlıq hərbi yardım paketini açıqlayıb
-
Naxçıvanda müəllimlər etiraz etdi, direktor işdən çıxarıldı
-
Lənkəranda görünməmiş ekoloji vəhşilik – Etiraz edən sakinlər polislə hədələnir
-
Səfirliyimizə hücum bir nəfərin işi deyil - VİDEO
-
“Baxmutu təslim etməyəcəyik“ - Zelenski
-
“Toyuq əti və yumurta yenə bahalaşacaq” - Assosiasiya sədri
TOP 10
ARXİV