Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

İtkin şəhidlərimiz dəfn olunur - FOTOLAR

Tarix 16.05.25, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Naxçıvan Beynəlxalq Hava Limanında Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Sədərək rayonunun Dəmirçi kəndindən olan Muxtar Bayram oğlu Məmmədovun nəşinin qarşılanma mərasimi keçirilib.

AzFakt.com AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə gətirilib. Doğulduğu evdə şəhidlə ailə üzvlərinin vida mərasimi keçirilib. Sonra şəhidin nəşi Şərur şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Nəşin üzərinə örtülmüş üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim olunub.

Qeyd edək ki, Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Yusif Mirzəli oğlu Məmmədov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Məmmədov 1972-ci il iyunun 29-da Sumqayıt şəhərində anadan olub. O, 1994-cü il fevralın 7-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə - Murovdağda itkin düşmüşdü.






Xəbərin oxunma sayı : 130




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap