Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

85 minlik dələduzluq: “Vəzifəli şəxs“ saxlanıldı

Tarix 14.05.25, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

AzFakt.com xəbər verir ki, 45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə - aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir.

T.Məmmədov ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını görən vətəndaş paytaxtın Xəzər rayonunda polisə müraciət edərək həmin şəxsin əməllərindən şikayət edib.

Hazırda cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilən T.Məmmədovun digər dələduzluq əməlləri istisna edilmir. İstintaq hərəkətləri davam etdirilir.



Xəbərin oxunma sayı : 205




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap