Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Nəsimi rayonunda qanunsuz tikintiyə kim icazə verib? - VİDEO

Tarix 13.05.25, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni müvəqqəti olaraq RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!

Hazırki vəziyyət budur ki, RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Başqa müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur.

Lakin o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə “səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə “çətir” tövsiyə edirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Nəsimi rayonu, Mir Cəlal küçəsi – 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən “Çinar” restoranının arxasında qanunsuz kabinetlər inşa edilir. Öyrəndiyimiz qədərincə, sözügedən kabinetlərin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına təmənnasız göz yummasına inanmaq sadəlövhlük olar.





Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap