Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Lerikdə vəzifə saxtakarlığı: Kommunal Birliyin rəisi cəzalandıldı

Tarix 13.05.25, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Lerik rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəisi Rasim Əliyevə qarşı cinayət işi başlanıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rasim Əliyev barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə açıq məhkəmə iclasında baxılıb.

İttihama əsasən, Rasim Əliyev şəxsi maraqlarını təmin etmək məqsədilə Lerik rayonunun Vizəzəmin bələdiyyəsi ilə bağlanmış rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib və bununla vəzifə saxtakarlığı törədib.

Qeyd olunur ki, Vizəzəmin bələdiyyəsi ilə Lerik Kommunal Müəssisələr İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqaviləni Hamarmeşə kənd tam orta məktəbinin direktoru A.C. imzalayıb. Bu sənədlərin əsasında Rasim Əliyev və məktəb direktoru Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli biliniblər.

Məhkəmənin qərarı ilə Rasim Əliyev 1500 manat, məktəb direktoru isə 3000 manat cərimə olunub. Hər iki şəxs barəsində tətbiq edilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, həmçinin eyni məqsədlə saxta dövlət təltifi, ştamp, möhür və blank hazırlama və ya satma – üç min manatdan altı min manatadək miqdarda cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.



Xəbərin oxunma sayı : 127




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap