Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI

Tarix 14.05.25, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda uşaqların sosial müdafiəsini gücləndirmək, onların sağlam inkişafını təmin etmək və ailələrə maddi dəstək göstərmək məqsədilə müxtəlif növ sosial müavinətlər təyin olunur. Bu müavinətlər uşağın sağlamlıq vəziyyəti, ailə vəziyyəti, valideynlərin sosial statusu və digər meyarlara əsasən müəyyən edilir.

AzFakt.com xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Operativ Media-ya hazırda qüvvədə olan və dövlət tərəfindən verilən əsas müavinətlərin siyahısı və müvafiq məbləğləri barədə məlumat verib:

1. Əlilliyə görə müavinət

Uşağın əlillik dərəcəsinə əsasən aylıq ödənilən müavinətlər:

Orqanizmin funksiyalarının 31–60% pozulmasına görə – 150 manat

Orqanizmin funksiyalarının 61–80% pozulmasına görə – 220 manat

Orqanizmin funksiyalarının 81–100% pozulmasına görə – 270 manat

2. Ailə başçısını itirməyə görə müavinət
Aylıq ödəniş – 120 manat

3. 3 yaşınadək uşağa qulluğa görə müavinət
1,5 yaşadək – 44 manat

1,5 yaşdan 3 yaşadək – 28 manat

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinət
500 manat

5. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət
Aylıq məbləğ – 120 manat

6. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət
Aylıq məbləğ – 120 manat

7. Aztəminatlı ailələrə 1 yaşınadək uşaq üçün müavinət
Aylıq məbləğ – 100 manat

8. Beş və daha çox uşağı olan qadınlara müavinət
Hər bir uşaq üçün aylıq – 105 manat

9. Himayədar ailəyə verilmiş uşağın tərbiyəsinə görə müavinət
Bu müavinət himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə əsasında verilir. Yaş qruplarına görə aylıq məbləğlər aşağıdakı kimidir:

0–6 yaş: 355 manat

7–13 yaş: 375 manat

14–18 yaş: 395 manat

Əgər uşaq 18 yaşadək əlilliyi olan şəxsdirsə, müavinət məbləği artırılır:

0–6 yaş: 395 manat

7–13 yaş: 415 manat

14–18 yaş: 435 manat

Bundan əlavə, himayədar ailələrə ildə dörd dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) 200 manat məbləğində mövsümi geyim pulu da verilir.



Xəbərin oxunma sayı : 160




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap