“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şuşaya hansı ölkələrdən turistlər səfər edib? - Siyahı

Tarix 01.08.25, 10:36

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin iyun ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 8 188 gecə keçiriblər.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər bu ilin iyun ayında Şərqi Zəngəzur iqtisadi rayonunda cəmi 40 gecə qalıblar.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Qarabağ iqtisadi rayonunda 10 725 gecə keçiriblər, Şərqi Zəngəzur iqtisadi rayonunda isə heç bir gecələmə qeydə alınmayıb.
Qeyd edək ki, iyun ayında Qarabağ iqtisadi rayonuna səfər edən əcnəbi turistlər otellərdə cəmi 479 gecə keçiriblər və bu, ümumi gecələmələrin 5,8%-ni təşkil edib.

Gecələmələrin 24-ü Xankəndi, 381-i isə Şuşa şəhərindəki otellərin payına düşüb. Əcnəbi turistlər digər rayonlarda ya öz evlərində, ya da qohumlarının və dostlarının evlərində qalıblar.
Məsələn, ən çox turist Ağdamda gecələyib – 3 633 gecə. Bunun 1 668-i qohumların və dostların, 1 965-i isə özlərinin və ya ailə üzvlərinin evlərində keçirilib.
Şərqi Zəngəzur iqtisadi rayonundakı 40 gecələmənin hamısı Laçın rayonunun payına düşüb.

Məlumat üçün onu da qeyd edək ki, bu ilin iyun ayında Şuşada ən çox gecələyənlər Türkiyə vətəndaşları olub. Türkiyədən gələn turistlər Şuşadakı otellərdə ümumilikdə 103 gecə qalıblar.
İyun ayında Şuşadakı otellərdə qalan əcnəbi turistlərin ölkələr üzrə gecələmə sayı aşağıdakı kimidir:
Türkiyə – 103 gecə
Çin – 49 gecə
Qazaxıstan – 45 gecə
Rusiya – 35 gecə
Qırğızıstan – 31 gecə
Ukrayna – 9 gecə
Bolqarıstan – 6 gecə
Böyük Britaniya – 5 gecə
Almaniya – 5 gecə
Gürcüstan – 3 gecə
Digər ölkələr – 90 gecə



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap