“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Vaşinqton sizinlə işləyəcək!...“ - ABŞ Dövlət katibi Kiyevdə mühüm mesajlar verdi

Tarix 06.05.21, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Kiyevdə səfərdə olan ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə Vaşinqtonun sadiqliyini bir daha vurğulayıb. O, Prezident Co Bayden administrasiyasının Kiyevə səfər edən ilk aparıcı rəsmisidir.

“Mən çox sadə bir səbəbdən burdayam, Prezident Baydenin adından ölkələrimiz arasında tərəfdaşlığı, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyimizi güclü şəkildə vurğulamaq istəyirəm”, – Blinken bu gün Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşərkən deyib.

Blinkenin birgünlük səfərinin məqsədi Rusiya ilə yüksək gərginlik yaşayan ölkəyə güclü dəstək mesajı verməkdir.Kuleba Blinkenə deyib ki, Kiyev ölkənin şərqində Moskvanın dəstəklədiyi separatçılarla mübarizədə ölkəsinə ABŞ tərəfindən yardımı yüksək dəyərləndirir.

Blinken mayın 5-də Twitter-də yazıb ki, səfəri Rusiyanın davamlı təcavüzünü müzakirə etməkdən ötrü vacib imkan olacaq.

Amerikalı diplomat Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna parlamentinin üzvləri, vətəndaş cəmiyyəti liderləri ilə də görüşməlidir.

Zelenski deyib ki, Ukraynanın NATO hərbi alyansına qoşulmaq arzusuna Birləşmiş Ştatlardan güclü dəstək siqnalları eşitmək istəyir. Ukraynanın həmçinin ABŞ-dan daha çox hərbi yardım əldə etməyə çalışacağı gözlənir.

2014-cü ildən bəri ABŞ Ukraynaya ümumilikdə 4.6 milyard dollardan artıq yardım göstərib. Həmin il Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başladı. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

Birləşmiş Ştatlar özəlliklə enerji sektoru olmaqda Ukraynada korrupsiyadan narahatdır. Blinken mayın 6-da Kulebaya deyib: "Vaşinqton sizinlə işləyəcək, demokratiyanızı gücləndirməyinizə, institutlarınızı qurmağınıza, korrupsiyaya qarşı islahatları irəli aparmağınıza kömək edəcək”.

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 904




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap