Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Vaxt yetişib, Paris müstəmləkə metodlarından əl çəkməlidir“ - Rəsmi Moskva

Tarix 02.10.24, 18:20

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Karib dənizindəki Martinik adasında vəziyyətin inkişafını narahatlıqla müşahidə edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Yeni Koledoniyadan sonra Martinikdə də Fransanın narazı xalqa qarşı güc tətbiq etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hakimiyyətin etinasız yanaşması və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmaması dinc nümayişlərin təəssüflər olsun ki, kütləvi iğtişaşlara çevrilməsinə gətirib çıxarıb.

“Son zamanlar artıq ilk dəfə deyil ki, rəsmi Paris Fransanın dənizaşırı ərazilərinin yerli əhalisi ilə qarşılıqlı hörmətə əsaslanan dialoqdan imtina edir, güc tətbiqinə üstünlük verir. Bu ilin may ayında Yeni Kaledoniyada yerli əhalinin etirazları güc yolu ilə yatırılıb, daha sonra siyasi represiyalara başlanılıb”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova vurğulayıb ki, Fransanın dənizaşırı ərazilərində iqtisadi problemlərin gərginləşməsi, siyasi böhranların yaranması dekolonoziyasiya prosesinin başa çatmamasının birbaşa nəticəsidir: “Hər şey yetişib. Hər şey göz qabağındadır. Paris imperiya olmaq istəyir demək düz olmazdı. Çünki çoxdandır, Fransanın belə məsuliyyəti, yəni imperiyanın daşıdığı məsuliyyəti, təsir gücü olmayıb. Lakin Paris özünü imperiya kimi hiss etməyi çox istəyir. Çox istəyir ki, özünü imperiya kimi aparsın. Çox istəyir ki, Fransa imperiyasının əvvəllər əldə etdiyi kimi bonuslar əldə etsin. Buna artıq son qoymaq lazımdır. Artıq vaxtıdır. Fransa siyasətindən xalq narazılığının coğrafiyası genişlənir. Bir daha deyirəm, vaxt yetişib, Paris adət etdiyi müstəmləkə metodlarından, o ərazilərə xammal bazası kimi baxmaqdan əl çəkməlidir. Fransa özü ilə məşğul olmalıdır. Parisdə başqalarını öyrətməyi çox sevirlər, hər zaman özgənin problemlərini necə həll etməyi gözəl bilirlər. Bu möhtəşəm təcrübəni özünə münasibətdə tətbiq etməyin vaxtıdır”.



Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap