Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“WhatsApp“ bizi xəbərdar edəcək - Yeni funksiya

Tarix 26.10.25, 14:02

Font ölçüsü : - / +
bitmap-img6


"WhatsApp" və "Facebook" Messenger messencerləri yeni təhlükəsizlik tədbirləri tətbiq edirlər.

AzFakt.com xarici mediaya istinadən xəbər verir ki, bundan sonra istifadəçilər videozəng zamanı ekran paylaşımı aktivləşdirilməyə cəhd edilərsə, xüsusilə də tanımadıqları kontaktla söhbət zamanı, xəbərdarlıq bildirişi alacaqlar.

Bu mexanizm, fırıldaqçılıq halları ilə mübarizə məqsədi daşıyır. Belə hallarda dələduzlar özlərini bank, aviaşirkət və digər təşkilatların dəstək xidməti əməkdaşı kimi təqdim edir, saxta brend profilləri yaradır və guya kömək məqsədilə istifadəçiləri ekran paylaşımını açmağa razı salırlar.

Bu yolla fırıldaqçılar gizli məlumatlara – loginlərə, təsdiq kodlarına və digər şəxsi informasiyalara çıxış əldə edə bilirlər. Nəticədə hesabların sındırılması və parolların dəyişdirilməsi riski yaranır.

Şirkət bildirib ki, şübhəli aktivlik aşkarlandıqda süni intellekt sistemi istifadəçini potensial təhlükə barədə xəbərdar edəcək, həmçinin hesabı bloklamaq və şikayət göndərmək imkanı təklif edəcək.



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap