“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq” - Deputat

Tarix 17.03.23, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


“Hesabatda da qeyd olunub ki, ölkədə 5 milyondan çox məşğul əhali var. Bunun isə cəmi 1 milyondan çoxu neft və qeyri-neft sektorunda çalışır. Bəs qalanları? Niyə onlar barədə məlumat yoxdur?”

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Onların hansı iqtisadi fəaliyyətlərlə məşğul olmasından xəbərimiz yoxdur. Halbuki çoxunun adına torpaq sahələri var. Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

“Xalqa hər şeyi Avropa qiymətləri ilə satırıq. Bəs pensiyanı həmin standartlarda vermirik? Biz hər şeyin yaxşı olduğunu deyirik, amma elə deyil axı. Hara baxırsan çətinliklər var” – T.Kərimli əlavə edib.



Xəbərin oxunma sayı : 1216




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap