Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

“Xəzər dənizi vasitəsilə Orta Dəhliz ölkələrinin ticarəti 60%-dən çox olacaq“ - Dünya Bankı

Tarix 27.11.23, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Orta Dəhlizdə fəal iştirak Azərbaycanın regional ticarət və tranzit qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, həm də ölkəni Asiya və Avropa üçün strateji tərəfdaş kimi mövqeləndirir.

"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. Qeyd edilib ki, düzgün siyasətlər həyata keçirilərsə və zəruri sərmayələr qoyularsa, 2030-cu ilədək Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarət 37%, bu ölkələrlə Avropa İttifaqı arasında ticarət 28% arta bilər.

DB hesab edir ki, Orta dəhliz üzrə təkmilləşdirmələr həyata keçirilməzsə, daşıma tələbatı proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq. Avropa ilə Qazaxıstan və Avropa ilə Çin arasında ticarət Orta Dəhliz boyunca tranzit yüklərin həcminin ən böyük hissəsini təşkil edəcək. Orta dəhliz üzrə ən böyük həcmdə artım Çin və Avropa arasındakı ticarətdə gözlənilir. 2030-cu ilə qədər dəhliz vasitəsilə Çin və Avropa arasındakı ticarət 5,3%-ə qədər artacaq. Bu isə AB-Çin ticarətinin təxminən 1 faizi həcmindədir.

Həmçinin qeyd edilib ki, 2030-cu ildə Xəzər dənizi vasitəsilə Orta Dəhliz ölkələrinin ticarəti 60%-dən çox olacaq. 2021-ci ildə bu rəqəm 40% təşkil edib.



Xəbərin oxunma sayı : 538




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap