Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir

Tarix 18.01.22, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 13-də Xızı rayonu ərazisində külək elektrik stansiyasının təməli qoyuldu. Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən tikiləcək Xızı-Abşeron külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji
layihəsidir. 

Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edim ki, hazırda ölkəmizdə ən böyük elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə Yeni Yaşma külək elektrik stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2,5 MVT-dır. Bu layihədə isə təxminən 37 ədəd külək turbini olacaq və hər birinin
gücü 6,5 MVT olacağı planlaşdırılır. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Təbii ki, belə böyük həcmdə özəl investisiyanın ölkəmizə cəlb olunması Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Ölkəmizdə iqtisadi sabitlik və əlverişli investisiya mühiti hazırda sərmayədarlarda inam yaradır. Nəticə etibarilə Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən bərpaolunan enerji
sahəsinə özəl investisiyalar yatırılır. Elektrik stansiyasinda ildə 1 milyard kilovat/saata elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, buda təxminən 300 min evin elektrik enerjisi ilə təmini deməkdir. Layihənin müxtəlif istiqamətlərdə üstünlükləri var ki, onlardan birini biz enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə kimi qeyd edə bilərik. Bilirsiniz ki, enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhvə verən əsas
amillərdən biridir. Ölkəmizdə hazırda təbii qaz əsaslı ənənəvi elektrik stansiyaları, su elektrik stansiyaları və günəş elektrik stansiyaları fəaliyyət göstərir. Məhz 240 MVT-lıq külək elektrik stansiyasının inşasına başlanması bu diversifikasiyaya bir.

Varis Mehdizadə



Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap