“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ dünyanı dollarla təhdid edir - 2008-ci il böhranı təkrarlanacaq?

Tarix 16.03.23, 10:04

Font ölçüsü : - / +
bitmap-img6


"Bir neçə gün fərqlə bir anda bir neçə iri Amerika bankının iflası ölkə rəhbərliyini pul siyasətini dəyişmək barədə ciddi düşünməyə vadar etdi".

Bu barədə rusiyalı maliyyəçi Valeri Piven bildirib.

Ekspert qeyd edib ki, əgər bu hadisələrə qədər ABŞ Federal Ehtiyat Sistemi əsas uçot dərəcəsinin sistematik artırılması üçün əvvəllər seçdiyi kursu saxlamaq niyyətində idisə, indi tənzimləyici pul siyasətini 180 dərəcə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

"Yenidən maliyyələşdirmə dərəcəsi aşağı salınmağa başlaya bilər. Bu, ABŞ rəhbərliyinin bir neçə ay əvvəl seçdiyi inflyasiyanın azaldılması strategiyasına zidd olardı. Bundan əlavə, ölkə kəmiyyət yumşaltma siyasətinin yeni mərhələsinə, yəni emissiyaların təşviqinə başlaya bilər", - ekspert deyib.

Pivenin sözlərinə görə, 2020 və 2021-ci il pandemiyası zamanı “vertolyot pulu” paylandıqdan sonra eyni hiylə ikinci dəfə işləməyəcək: "Hakimiyyətin taktikası nəticə verməsə, həm ABŞ, həm də bütün dünya yenidən 2008-ci ildə başlayan böhrana bənzər böhranla qarşılaşa bilər".

Bəzi ekspertlər proqnozlaşdırır ki, vəziyyət nəzarət altına alınmasa, mövcud durum potensial olaraq böyük böhranın miqyasına qədər böyüyə bilər. Belə olan halda yeni qlobal iqtisadi böhrandan qaçmaq mümkün olmayacaq.//Publika.az 



Xəbərin oxunma sayı : 715




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap