Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Abşeron sakininin ölümünə xəstəxanada vurulan iynə səbəb olub? - VİDEO

Tarix 17.03.26, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Abşeronda xəstəxanada iynədən şoka düşdüyü ehtimal edilən qadın evində ölüb.

İlkin məlumata görə, 38 yaşlı Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub. Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirilib ki, mərhum 15 mart 2026-cı il tarixində saat 23:41 radələrində tibb müəssisəsinə müraciət edib. Həkim müayinəsindən sonra ona ringer laktat məhlulu ilə serum köçürülüb. Tibbi prosedur başa çatdıqdan sonra pasiyent özünü normal hiss etdiyini bildirib və daha sonra xəstəxananı tərk edərək evinə gedib. Tibb müəssisəsinin açıqlamasında vurğulanır ki, ringer tibbdə geniş istifadə olunan və insan həyatı üçün təhlükə yaratmayan standart məhlullardan biridir. “Bu səbəbdən həmin məhlulun vurulmasının ölümə səbəb olması ehtimalı mümkün hesab edilmir. Pasiyentin xəstəxanada vurulan iynədən dərhal sonra vəfat etməsi barədə yayılan iddialar həqiqəti əks etdirmir. Mümkündür ki, mərhumun əvvəldən mövcud olan ağır xəstəliyi olub və bu barədə tibbi heyətə məlumat verilməyib, - deyə açıqlamada qeyd olunub.

Faktla bağlı araşdırma aparılır.






Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap