Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı
Axtar
 
  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

  • / Maqazin / — 11 Aprel 2021

    “Həcilər də əldən çıxır, kasıblayırlar...“ - Müğənni Sevinc

AFFA Ozobiçi də milliləşdirir – Açıqlama

Tarix 17.05.21, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin yayda milliləşdirilərək yığmamıza cəlb olunacağı gözlənilir.

Qol.az-ın sorğusuna cavab olaraq AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla iyul ayında Ozobiçin məsələsinə görə FİFA-ya müraciət edilə biləcəyini söyləyib: “İyul ayının ortalarında Ozobiçin Azərbaycanda yaşamasının 5 ili tamam olur. Mövcud qaydalara görə, hər hansı bir futbolçunun milli komandaya cəlb olunması üçün ən azı həmin ölkədə 5 il yaşamalıdır. UEFA-nın tələbi budur. 5 ili tamamlanandan sonra milli komandanın məşqçiləri ilə məsləhətləşmə olacaq. Əgər məşqçilər heyətinin də razılığı olarsa, futbolçunun milliləşdirilməsi ilə bağlı FİFA-ya müraciət olunacaq. 5 ildən daha tez FİFA-ya müraciət etməyin mənası yoxdur. Çünki avtomatik cavab gələcək ki, 5 ili tamam deyil və millidə oynamasına icazə verilməyəcək. Aydın məsələdir ki, Ozobiçin Azərbaycana hər hansı başqa bir şəkildə etnik bağlılığı yoxdur. Buna görə də 5 ili tamam olmalıdır”.


Firuz Abdulla

AFFA rəsmisi “Millimizin baş məşqçisi Canni De Byazi Ozobiç haqda nə fikirdədir?” sualına isə belə cavab verib: “Onu indi mən deyə bilmərəm. Bəlkə bu gün istəyir, ancaq iki aydan sonra fikri dəyişəcək. Futbolçunun hansı formada olacağı, zədələnib-zədələnməməsi amili də təsir edir. Ancaq mənim baş məşqçinin əvəzindən danışmağım düzgün olmaz”.

Məsələ ilə bağlı “Qarabağ” klubunun mətbuat xidməti açıqlama verməyib. Ozobiç özü isə bu barədə danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son mətbuat konfransında Ozobiçin milliləşdirilməsinə müsbət yanaşdığını bildirib: “"Bildiyim qədər onunla maraqlanırdılar. Amma son vaxtlar belə bir məlumatım yox idi. Amma belə bir fikirlərinin olduğunu bilirəm. Ozobiçin Azərbaycan pasportunun olması bizim üçün əlavə üstünlükdür. Yerli oyunçuların sayı komandada azdır, daha bir oyunçunun olması müsbət haldır. Həmişə demişəm millimiz üçün faydalı olacaqsa, olsun".

Qeyd edək ki, 2016-cı ilin iyulunda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”yə keçən Ozobiç 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.



Xəbərin oxunma sayı : 880

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda