Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

AVRO-2024-ə ən çox futbolçu göndərən klublar - SİYAHI

Tarix 12.06.24, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında "Mançester Siti" və "İnter"in təmsilçiləri üstünlük təşkil edəcək. Hər iki klubu turnirdə 13 futbolçu təmsil edəcək.

Belə ki, ingilis komandasından Fil Foden, Con Stounz, Kayl Uoker (hamısı İngiltərə), Ruben Dias, Bernardo Silva, Matheus Nunyes (hamısı Portuqaliya), Kevin De Bruyne, Ceremi Doku (hər ikisi Belçika), Yoşko Qvardiol, Mateo Kovaçiç (hər ikisi Xorvatiya), Rodri (İspaniya), Manuel Akanji (İsveçrə) və Natan Ake (Niderland) Almaniyaya yollanıblar.

Eyni zamanda, "İnter"i Nikolo Barella, Alessandro Bastoni, Federiko Dimarko, Davide Frattesi, Matteo Darmian (hamısı İtaliya), Benjamin Favar, Markus Türam (hər ikisi Fransa), Hakan Çalhanoğlu (Türkiyə), Denzel Dumfris, Stefan de Vrey (hər ikisi Niderland), Kristyan Aslani (Albaniya), Yan Sommer (İsveçrə) və Marko Arnautoviç (Avstriya) təmsil edəcəklər.

Qalan Avropa klubları arasında "Real Madrid" və PSJ (hər biri 12 oyunçu), "Barselona", "​​Bavariya" və "Leypsiq" (hər biri 11 oyunçu), "Arsenal" və "Bayer" (hər biri 10 oyunçu), həmçinin "Liverpul", "Yuventus", "Roma" və "Slaviya" (hər biri doqquz oyunçu) təmsilçiləri üstünlük təşkil edirlər.



Xəbərin oxunma sayı : 712




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap