“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avropa İttifaqının Ali Nümayəndəsi bəyanat yaydı - Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı...

Tarix 14.05.21, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

APA xəbər verir ki, bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir".



Xəbərin oxunma sayı : 358




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap